(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qalatasaray”ın futbolçusu Belçikada qalmaqala səbəb oldu

“Qalatasaray”ın futbolçusu Belçikada qalmaqala səbəb oldu

Belçikanın “Brügge” klubu hücumçusu Mbaye Dianyeni heyətdən kənarlaşdırıb.

Futbolinfo.az xəbər verir ki, buna sözügedən futbolçunun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ-yə qarşı oyundakı davranışı səbəb olub.

“Brügge”nin 0:1 hesabıyla uduzduğu həmin qarşılaşmanın 76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma bu vaxt Dianye komandanın kapitanı və əsas penalti vuran futbolçusu Hans Vanakenin 11 metrlik zərbəni yerinə yetirməsinə imkan verməyib. Üstəlik, seneqallı futbolçunun penaltisini rəqib qolkiper Keylor Navas dəf edib.

Belçika mətbuatının yazdığına görə, meydandakı bu anlaşılmazlıq matçdan sonra paltardəyişmə otağında davaya çevrilib. Baş verənlərlə əlaqədar mətbuat konfransı keçirən baş məşqçi Filip Klement Dianyenin heyətdən kənarlaşdırıldığını bildirib:

“Çox axmaq bir səhvə yol verdi və bu, matçın nəticəsinə təsir etdi. Təbii ki, çox əsəbiyəm. İlk qərarım onu növbəti oyun üçün heyətə almamaq oldu. Sonrakı həftələrlə bağlı futbolçunun davranışlarına görə qərar verəcəm. Klubdakı gələcək taleyi də öz davranışlarından asılı olacaq”.

Müqavilə ilə Türkiyənin “Qalatasaray” klubuna məxsus olan Dianye, “Brügge”də icarə əsasında çıxış edir. Seneqallı futbolçu İstanbul klubunda da oxşar davranışları ilə gündəmə gəlmişdi.


 
tarix: 08-11-2019 20:53


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az