(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Heç kim futbolçularımı təhqir edə bilməz”

Tərlan Əhmədov: “Heç kim futbolçularımı təhqir edə bilməz”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Son oyunlarda yaradılan qol epizodlarından istifadə edə bilmirdik. Bu gün isə komanda möhtəşəm oyun göstərdi. 90 dəqiqə komanda mübarizə apardı. Məğlub durumda olsaq da, əllərindən gələni etdilər. Buna görə rəhbərlik də, biz də onlara təşəkkür etdik.

- Oyunun son dəqiqələrində "Neftçi"nin məşqçisi ilə aranızda mübahisə oldu. Bu, nə ilə bağlı idi?
- Futbol aqressiv oyundu. Heç vaxt rəqibin futbolçulara qarşı sərt olmuram. Mənim də futbolçularıma heç kimin sərt, aqressiv ifadə işlətməyə haqqı yoxdu. Mən onları motivasiya edirəm, onların yaşadıqlarını mən kənarda yaşayıram. Demək istəyirdim ki, onların arxasında biz, rəhbərlik var. Heç kim onları təhqir edə bilməz.

- Liderlər qrupunda qərarlaşmaq istəyirsiz. Qış transfer pəncərəsi üçün siyahı hazırdı?
- Hələ hazır deyil. Axtarışlar gedir. Güclənmək lazımdı. Amma hələ qarşıda çətin oyunlarımız var.

- Sizə elə gəlmir ki, "Keşlə" bu gün bir futbolçudan - Sezar Meza Kollidən asılıdı?
- Futbol elə bir mərhələyə çatıb ki, hər komandada bir lider futbolçu var. Dani Kintananın zədələnməsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu nə qədər çətin vəziyyətə salıb. Biz hələ indi-indi komanda oyunu göstərməyə başlayırıq. Onun texnikası komandaya xeyir verirsə, niyə də istifadə etməyək?

- Sezarın bu gün xüsusi motivasiyalı olduğunu gördük. Eşitdiyimə görə, bir vaxtlar onunla "Neftçi" də maraqlanıb, amma transfer alınmayıb. Bu, sözügedən məsələylə bağlı ola bilər? 
- Bu barədə məlumatım yoxdu. Bizim uzun müddət onunla danışıqlarımız olub. Futbolçuları motivasiya etmək üçün tamamilə fərqli bir üsula əl atmışdım, bunun faydasını gördüm. "Qarabağ"a, "Neftçi"yə qarşı oynadıqda, xüsusi motivasiyaya ehtiyac yoxdu. Meza Kolli bu gün yaxşı oyunlarından birini keçirdi. Daha da yaxşı oynaya bilər.

- "Neftçi"nin məşqçisi Füzuli Məmmədovla da aranızda mübahisə yaşandı. Deyəsən, əvvəllər də onunla münasibətiniz o qədər də yaxşı olmayıb...
- Mənim Füzuliylə hansısa mübahisəm olmayıb. Heç kimlə pis münasibətim yoxdu. Bəzən belə hallar olur. Futbol kənardan belə daha maraqlı görünür. Onunla danışacağıq. 

- Bu gün "Keşlə"nin əsas futbolçularından olan Con Kamara, Tural Bayramlı zədələnsə, necə olacaq?
- Hazırda bu sualın cavabını mən də bilmirəm. Tural yeni-yeni formasını bərpa edir. Hər ikisi milliyə dəvət alıb, hər ikisi yorğun qayıdacaq. Çalışacağıq ki, hansısa dəyişikliyə əl ataq. Müəyyən futbolçular var ki, onları ehtiyat üçün saxlayırıq. (komanda.az)


 
tarix: 09-11-2019 19:58


 
Xəbər lenti
13.11.2019

20:46   Türkiyə millisində ciddi itki

19:03   Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20   “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00   Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40   AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21   AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00   Modriç mükafatlandırıldı

16:41   “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20   “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00   PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47   9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32   “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16   Azərbaycan kubokunun püşkü atıldı

15:00   Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45   Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30   Divizion klublarının da cəzası açıqlandı

14:15   AFFA 4 klubu 800 manat cərimə etdi

14:00   “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41   Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20   “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00   David Vilya karyerasını başa vurur

12:40   Emil Balayev mövsümün rəmzi komandasında

12:21   Millimiz Yunanıstana qarşı

12:01   Asim Xudiyevə beynəlxalq təyinat

11:40   Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34   Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21   Misir yığmasında Salah şoku

11:00   Maldini “Milan”la müqavilə imzaladı

10:40   “Barselona” yeni formasını təqdim etdi - VİDEO

10:20   “Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

10:00   Ronaldinyo yenidən “Barselona”da

09:40   “Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az