(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Kişi döyüşü”ndə Bordin qələbədən imtina etdi

“Kişi döyüşü”ndə Bordin qələbədən imtina etdi

Tərlan Əhmədov ötən mövsümdən necə dərs alıbsa, uğurlu olmaq üçün hər şey edir. Mövsümü sonuncu pillədə bitirməsinə baxmayaraq, rəhbərlikdən gördüyü etimadı doğrultmaq üçün yaydan bu yana səylə çalışıb, meyvələrini də toplayır.
 
Dünən “Neftçi”dəki xələfi Roberto Bordin üzərində qələbə onun “Keşlə”sinin mövsümdəki ən yaxşı oyunu idi. Kasad heyətə rəğmən, əlində olan futbolçularla Əhmədov ən yaxşı oyunu oynatdı. Bəlkə də “Neftçi”nin ehtiyatda qalan futbolçuları meydan sahiblərinin əsas heyətindən daha sanballı, daha yaxşıdı. Amma güc futbolçuların qiymətində, adında deyil, əsas onları eyni hədəfə kökləmək, ailə kimi birləşdirməkdi.
 
Liderin ən yaxın təqibçisi olmaq üçün əyani mübarizədə “Keşlə” qalib gəlib, 2-ci pilləyə yüksəldi. Bu, həm də “Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyasının bitməsi, qısa uğurlu dönəmin sonu oldu. Milli komandaların oyunlarına görə yaranan qısa fasiləyə “qırmızı ağlar” daha yaxşı əhvalda yollandı.
 
“Keşlə”nin bu nəticələri ev oyunu keçirmədən qazanması xüsusi məqamdı. “ASK Arena”nın təmiri üzündən rəqib meydanlarını gəzən komanda 11 tura qazandığı 19 xalla öyünməlidi.
 
Dünənki matç “Keşlə”nin üstünlüyü ilə başladı. İlk dəqiqələrdə dirəyi də nişan alan nominal meydan sahibləri hər an qol vura biləcək kimi oynayırdı. Bordinin isə futbolçuları motivasiya edə bilməməsi görünürdü. Daha çox döyüşmək lazım olduğu məqamlarda qonaqların buna hazır olmadığı aşkar sezilirdi. Buna baxmayaraq, hesabı məhz “Neftçi” açdı.
 
Donald Geryenin vurduğu qol birbaşa Slavik Alxasovun günahı idi. Baqali Daboyla münaqişəyə girən, uzun mübahisə edən kapitan komanda yoldaşlarının da konsentrasiyasını pozdu. Belədə künc zərbəsindən sonra cərimə meydançasında yaranan qarışıqlıq qolla nəticələndi. Oyunçular düzgün bölüşdürülmədi və 1:0.
 
İtaliyalı məşqçinin əlinə gözəl fürsət düşmüşdü. İntizamlı müdafiə öz yerində, “Neftçi”nin sevdiyi əks-hücumlara əla şərait yaranmışdı. Lakin Bordin qələbədən imtina etmək qərarına gəldi. Oyun normal axarda davam edərkən Rəhman Hacıyevin meydandan alınması ilə üstünlük meydan sahiblərinə keçdi. Əvəzlənərkən əsəbdən formasını yerə çırpan yarımmüdafiəçi fövqəladə bir iş görmürdü, lakin onun standart vəziyyətlər zamanı daha təhlükəli olması danılmaz faktdı. Hesab da Rəhmanın ötürməsindən sonra açılmışdı və o, orta sahədə əlaqələndirici funksiyasını pis yerinə yetirmirdi.
 
Bordin isə Rauf Əliyevi meydana buraxıb 4-4-2 sisteminə keçdi. Dabo ön xətdə qalsaydı, bəlkə də bu dəyişiklik effekt verərdi. “Neftçi”nin baş məşqçisi isə fransalını cinaha çəkib, Stiven Monrozu Raufla yanaşı oynatdı. Və elə xaotik durum yarandı ki, futbolçu iki dəfə ehtiyat oyunçular skamyasına yaxınlaşıb, harada və necə oynamalı olduğunu dəqiqləşdirməyə çalışdı. Vəziyyət aydınlaşana kimi isə “Keşlə” bərabərlik qolunu vurdu. Cərimə meydançasına havalandırılan topa çıxan Səlahət Ağayev səhvə yol verdi, gecikdi, rəqib boş qapını dəqiq nişan aldı.
 
Neçə turdu meydan üzü görməyən Platellasın oyuna çıxması növbəti səhv idi. Yenidən Monrozu cinaha qaytaran Bordin yunanın sayəsində orta sahəni qaydasına salmağa çalışırdı. Lakin bu dəfə cinahın daha bir fəal oyunçusu Dario Federiko oyundan alındı. Belədə “Keşlə” daha rahat oynamağa başladı. Faktiki əsas heyətə layiq 10-11 futbolçusu olan Əhmədov Əfran İsmayılovu meydana buraxıb, onun fərdi bacarığına ümid etdi. Matç göstərdi ki, Əfran hələ də formada deyil, amma onun topu özündə saxlama bacarığı, ustalığı oyundaşlarına nəfəs almaq imkanı verdi.
 
İkinci qolu da İsmayılov yaratdı. Onun cərimə meydançası qarşısına ötürməsinin Vüsal İsgəndərliyə çatmaması üçün müdafiəçilər kobudluğa əl atdı. Təyin olunan cərimə zərbəsini isə oyunun ən yaxşısı olan Sezar Meza Kolli sanki əli ilə “doqquzluğ”a göndərdi. “Neftçi” yarımmüdafiəsi ilə təkbaşına bacaran paraqvaylı dünən oyunu ilə cavanlığını xatırladırdı.
 
Bordinin səhvləri, komandanı hazırlaya bilməməsi üzündən dəyişən vəziyyətə Əhmədovun müdaxilələri yerində idi. Elə nəticəni də bu nüanslar müəyyənləşdirdi. “Keşlə” qışa kimi indiki mövqeyində qala bilsə, heyəti gücləndirdikdən sonra daha yaxşı oynamalıdı. Belədə “Neftçi” nəinki çempionluğa, gümüş medala da həsrət qala bilər. Heyətinə, şəraitinə, imkanlarına görə ölkənin ikincisi, hücum potensialına görə birincisi olan komanda, yaydakı islahatlardan sonra hələ də vahid ansambl kimi tam formalaşmayan “Keşlə”ylə bacarmırsa, ilk növbədə məşqçinin yaxasından yapışmaq lazımdı. Hər oyunda hakimlərlə, rəqib məşqçilərlə münaqişəyə girib, şou yaratmaqla Bordin yalnız klub rəhbərliyini aldada bilər. Kişilərin döyüşündə italiyalı mütəxəssisin yetirmələrini döyə-döyə uddular.
 
Əhmədov onu “Neftçi”də əvəzləyib, 6-7 qat artıq maaş alan Bordini əli cibində uddu. İlk dəqiqələrdən xala layiq olduğu görünən “Keşlə” rəqibin səhvləri sayəsində daha yaxşı nəticəylə mükafatlandı. İndi “Neftçi” problemlərin həllini müzakirə etmək üçün toplanacaq, digər paytaxt klubu isə qapıçısı Stanislav Namaşkonun 34 yaşını qeyd etməyə...
 
CAVAD

 
tarix: 10-11-2019 10:48


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az