(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Divar” Axundovu Axundovun əmriyə cəzalandırdı

“Divar” Axundovu Axundovun əmriyə cəzalandırdı

Vüqar Həsənli “Keşlə” – “Neftçi” matçı üçün düzgün seçim deyildi. Liderlər qrupunda qərarlaşan paytaxt komandalarının duelində daha təcrübəli hakim, hətta FIFA referilərindən biri olmalıydı.
 
Amma AFFA Hakimlər Komitəsinin rəhbərliyi fərqli düşündü. Matçın Zaur Axundovun bir etirazında işlətdiyi ifadəyə uyğun hakimə (az sonra oxuyacaqsız – red.) tapşırılması söz-söhbət yaratdı, qonaqların baş məşqçisi Roberto Bordinin narazılığına səbəb oldu.
 
Oyun prinsipial idi, məşqçilər, futbolçular tez-tez münaqişəyə girirdi. Və belə anlarda hakim qətiyyəti sayəsində hər şey yoluna qoyulmalıydı. Həsənli isə daha bərkdən qışqıranın istəyi əsasında qərarlar verirdi, aşkar görünürdü ki, matçın ağırlığına tab gətirmir.
 
Vüqar oyunun nəticəsinə təsir etmədi, saysız-hesabsız səhvlərini demək olar, bərabər böldü. Lakin onun qətiyyətsizliyi üzündən hər iki tərəf narazı qaldı. Meydanın mərkəzindəki bir sıra epizodlarda baş hakimin “Neftçi əleyhinə qərarlar verdiyini deyə bilərik. Xırda follarda, ikili mübarizələrin yekununda “Neftçi”ni narazı salacaq məqamlar var idi. Lakin “Keşlə” hesabda önə keçdikdən sonra Tural Axundov, Mamadu Kane və Baqali Dabo meydandan qovulmağı gərəkdirən hərəkətlər etmişdi. Sarı vərəqəsi olan bu oyunçular hərəsi azı bir dəfə ikinci rəsmi xəbərdarlığı gərəkdirən kobudluq etdi.
 
Dabo hətta ilk yarıda komandasını azlıqda qoymalıydı. Slavik Alxasovla münaqişədən sonra “Keşlə”nin kapitanı cəzalandı, “Neftçi”nin sarı vərəqəsi olan forvardı “yaddan çıxdı”. Epizodun davamında isə qonaqlar hesabı açdı.
 
Bu cür səhvlər oyundan sonra Bordinin hakimləri tənqid etməsiylə əlamətdar oldusa, matç boyunca da “Keşlə” rəhbərliyi Vüqar Həsənlini söydü. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov və ətrafındakı dəstəsi 90 dəqiqə ərzində hər cür ifadə işlətdi. Daboya sarı vərəqə verilməyəndə şəxsən Zaur bəyin dediyi “şərəfsiz oğraş” ifadələrin içində ən abırlısı idi. Tural Axundov da vərəqəni sədrin təzyiqindən sonra gördü. Tribunadan deyilənləri çox rahat eşidən hakimlər, yarım dəqiqə sonra ikili mübarizədə qaydanı pozan müdafiəçini cəzalandırdı. Bu, “Bax da, ay “divar” müraciətini eşitdikdən sonra reallaşdı.
 
“Neftçi”nin məşqçisi Füzuli Məmmədov “Keşlə”dəki həmkarları ilə söz duelinə çıxıb onların üstünə yeriyəndə də Zaur bəy baş rolda idi. “Körpə, otur yerində” deyib, komanda üzvlərini müdafiə edən Axundovun müdaxiləsi baş məşqçi Tərlan Əhmədova da ilham verdi. Və o da qarşı tərəflə qalmaqala cəhd etdi.
 
Bu söz dueli Emin Mahmudovla Vüsal İsgəndərlinin toqquşmasından sonra yarandı. Eminin kobudluğundan sonra yerdə qalan, daha sonra rəqib oyunçunun üzərinə yeriyən Vüsalı oyundaşı Əfran İsmayılov az qala döyəcəkdi. Onu sinəsindən çox kobudcasına itələyən təcrübəli futbolçu bu hərəkətlə bəlkə də onun cəzalanmasının qarşısını aldı. İsgəndərli sonradan Mahmudovun yanına gedib barışmaq istəyəndə isə məşqçilər və rəhbərlik buna imkan vermədi. İsrarla ondan bunu etməməyi tələb edən keşləlilər arzusuna çatdı, futbolçu əvəzlənərkən “Neftçi”nin məşqçisi ilə qucaqlaşmasına isə hiddətləndilər.
 

 
tarix: 10-11-2019 10:27


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az