(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ayxan Abbasov: “İstədiyimiz “Sumqayıt”ı gördük”

Ayxan Abbasov: “İstədiyimiz “Sumqayıt”ı gördük”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 11-ci turunda "Sabah"la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Abbasov 3:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

- Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yerimizi dəyişə - ya yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq. Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz "Sumqayıt"ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq.

- Qol imkanlarını yetərincə boşa verirsiz. Problem nədədi?
- Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk.

- Sanki hər futbolçu özü qol vurmaq istəyir. Son epizodda da Əmir Ağayev daha əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə etmədi...
- Əmir bu epizodu öz üzərinə götürdü. Mehdi Şərifi oyuna girdikdən sonra Peyman Babayiyə ötürmə verdi. Elvin Cəfərquliyev son oyunlarda yaxşı çıxış edir. Əmir bu gün qol vurmağa layiq idi.

- İlqar Qurbanov heyətin ən təcrübəlisidi. Ancaq şans qazanmır. Bu, nə ilə bağlıdı? 
- Tək İlqar yox, digər oyunçular da var. Təəssüf ki, hər kəsə şans vermək olmur. Əskiklərimiz var, düzdü. İlqar və digər futbolçulara da inanıram. Bu gün oyundan əvvəl paltardəyişmə otağında dedim ki, çox çalışmalısız ki, oynayasız. İlqara inanıram.

- "Sumqayıt" bu oyunla çempionatda hansı yerə iddia edə bilər?
- İlk hissə komandada rahatlıq vardı. Ancaq 2-ci hissə fərqli oldu. 90 dəqiqə belə oynamaq çətindi. Belə oynadığımız müddətdə nəticə də gələcək. (komanda.az)


 
tarix: 10-11-2019 18:48


 
Xəbər lenti
09.12.2019

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az