(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu, yolverilməz haldı” - Ramin Quliyev

“Bu, yolverilməz haldı” - Ramin Quliyev

“Sabah”ın məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Rəqibi təbrik edirəm. İlk hissə bərabər oyun oldu. İkinci hissə biz də qol vura bilərdik, rəqib də. Müdafiədə səhvlərimiz oldu. Qol imkanlarımızdan yararlana bilmədik. Bir epizod oldu ki, qırılma anı idi. Rəqib layiqli qələbə qazandı.

- Diallonun epizodu qırılma anı idimi?
- Bəli. Vurmursansa, sənə vururlar. Biz imkanlardan istifadə edə bilmədik.

- İkinci hissədə demək olar yarımmüdafiə yox idi. Anidən komandanın belə dəyişməsi nəylə bağlıdır?
- Orta xəttdə zədəlilərimiz var. Rəşad Eyubov neçə məşqdir yoxdu. Coşqun Diniyev də zədəlidi. Ancaq bunlar bəhanə deyil. Rəqib ikinci hissədə oyunu ələ aldı və qələbə qazandı. 

- Rəqibin qələbəsini bəxt amilinə bağlayırsız?
- "Sumqayıt" bizdən daha istəkli idi. Bəxt amili də öz sözünü dedi.

- Cavid İmamverdiyevin durumu nə yerdədi?
- Hələ bilinmir. Ancaq həkimdən soruşduq, yüngül zədədi. Qarşıda fasilə var, zədəlilərin qayıtması komandaya fayda verəcək.

- Yay fasiləsində kifayət qədər oyunçu alındı və yüksək məbləğlər ödəndi. Ancaq demək olar ki, bunlar özünü doğrultmadı. Xüsusilə də, Rocer Roxas...
- Qışa kimi 3 oyunumuz var. Bu legionerlərin içərisində komandaya uyğunlaşan da var, uyğunlaşmayan da. Yenə də baxılacaq. Hansısa legioner haqda indi qərar vermək çətindi.

- Künc zərbəsi zamanı Ulisse Diallo ilə Cavid arasında mübahisə yarandı...
- Baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə yol verilməsin. Sadəcə, o, emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdi. (komanda.az)


 
tarix: 10-11-2019 18:58


 
Xəbər lenti
09.12.2019

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az