(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurban Qurbanov: “Özüm də bu oyuna tam hazırlaşa bilməmişdim”

Qurban Qurbanov: “Özüm də bu oyuna tam hazırlaşa bilməmişdim”

Azərbaycan Premyer Liqasında XI turun “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib...

- Çətin oyun oldu. Son vaxtlar həm psixoloji, həm fiziki yorğunluq var. Xallarımızın üstünə biri də gəldi. Heyətdə xeyli dəyişiklik etmişdik. Zədəli futbolçularımız çoxdu. Buna görə də risk etmədik. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik, 1 xal qazandıq.

- APOEL-ə məğlubiyyətdən sonra komandada ab-hava necədi?
- Elə perioddayıq ki, həmin oyunun üzərinə çox da gedə bilmirik. Çünki 2 gündən sonra başqa matçımız olur. Nə qədər də futbolçuları hazırlaşdırmaq istəsək, psixoloji gərginlik var. Futbolçular ağır qrafikdədilər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. 3-4 gündən bir oyun keçirmək, millilərin oyunu – hər şeyi ümumi götürəndə komandanı hazır saxlamaq asan deyil. Çempionatda nəticələr pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim. İstənilən halda, ağlımızda APOEL-lə oyunun nəticəsi qalır. Ancaq peşəkarıq, gələcəyə baxmalıyıq, oyunlara daha yaxşı hazırlaşmalıyıq.

- Son 4 çempionat matçında cəmi 1 qələbəniz var. Aradakı xal fərqi arxayınlaşmağa səbəb olmayıb ki?
- Hər oyunda daha yaxşı nəticə qazanmaq istəyirik. Rəqiblər bizə qarşı çox ciddi hazırlaşırlar. İlk yarıda da rotasiyalar olmuşdu, ancaq bütün oyunlarda qələbə qazanmışdıq. Əsas narahatlığımız zədəlilərin çoxluğudu. Hər komandanın başına gələn situasiyadı. Bəzən eniş olur. Ancaq biz yerimizi qoruyub saxlaya bilirik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq.

- Avropa Liqasında “qatar gedib”, yoxsa ümid var?
- Sona kimi mübarizə aparacağıq. Qarşıdakı oyunlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Həm futbolçular, həm də mən inanıram.

- Daninin durumu necədi?
- 1 həftə sonra fərdi məşqlərə başlayacaq.

- Ozobiç bu il oynaya biləcək? Bir də Mahirin durumu...
- Ozobiç komanda ilə məşqlərə başlayacaq. Amma bu il inanmıram meydana çıxsın. Mahir fitnesdə hazırlığa başlayıb. Gələn həftənin birinci günündən fərdi məşq edə biləcək. Dani və Mahirin “Sevilya” ilə oyuna hazır olacağını gözləyirik. 100 faiz olmasa da, “18-lik”yə daxil edə bilərik.


 
tarix: 10-11-2019 21:25


 
Xəbər lenti
08.12.2019

20:12   Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07   “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58   “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46   “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20   Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13   “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57   “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20   “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09   Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27   Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16   Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12   Qvardioladan antirekord

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az