(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

“Zirə”nin hücumçusu Riçard Qadze Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçla bağlı bunları söyləyib:
 
- Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Bu bir xala görə təbrik düşür.
 
- Bunu “Zirə” üçün 3 xala bərabər hesab etmək olar?
- Mənim fikrimcə, bunu 3 xal hesab etmək olar. Biz geri durumda idik, amma hesabı fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikinci qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdi.
 
- “Zirə”yə ikinci dəfə keçdin. Assistlər edib, qollar vurursan. Düşünmürsən ki, komandaya gec qoşuldun? 
- Mənim üçün yaxşı haldı. “Zirə”yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar idim. Baş məşqçiyə etimad göstərdiyi üçün təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.
 
- Asmir Beqoviçə qol vurmaq necə hissdi? Onun ayaqları arasından topu tora qovuşdurdun.
- Mən sadəcə, cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.
 
- “Zirə” “Qarabağ”ı məğlub edə bilmir. Bunun üçün nə çatmır?
- Müsahibələrimdə hər zaman demişəm ki, “Qarabağ” əla komandadı. Onlara qarşı oynamaq çətindi. Bu nəticə də uğurludu. “Qarabağ” güclü olmaqda davam edir.
 
- Çempionatın bombardirinin 5 qolu var. Ona çata bilərsən?
- Şəxsi uğurların önəmi yoxdu. “Zirə”yə kömək etmək üçün gəlmişəm. Qol vurmaq xoşdu, amma komandanın durumu məni daha çox maraqlandırır.


 
tarix: 11-11-2019 10:00


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az