(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

“Ağır oyun oldu. Rəqib bizə çətin anlar yaşatdı. Amma istənilən halda, fikimcə, nəticəni ədalətli saymaq olar. İndi növbəti oyunlara köklənməliyik”. 

Futbolinfo.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 
 
İspaniyalı yarımmüdafiəçi qələbə təqdirində, vaxtından əvvəl qış çempionu ola biləcəklərini anlasalar da, rəqib buna imkan verməyib: "Zirə" bizi yaxşı analiz etmişdi. Haradan onlara çətinlik yaradıb zərbə endirəcəyimizi öyrənmiş, bütün boşluqları bağlamışdılar. Ona görə də bizə çətin oldu. Qalib gəlsəydik, ən yaxın izləyicimiz "Keşlə" ilə xal fərqini 10-a çatdıracağımızı başa düşürdük. Amma nə etmək olar? Vəziyyət belədi". 
 
29 yaşlı oyunçu Premyer Liqadakı rəqabətsizliyin onları arxayınlaşdırdığı fikri ilə razılaşmayıb: "Hər bir futbolçumuz meydana qələbə üçün çıxır. Qalib gəldikdə, əhval-ruhiyyə də yaxşı olur, özünü yaxşı hiss edirsən. Rəqibin çıxışını qeyd etmək lazımdı, müdafiədə çox yaxşı oyun sərgilədilər". 
 
Romero "Qarabağ"a yeni gəldiyi vaxt yaxşı təsir bağışlasa da, sonradan zədələrlə üzləşməsini təbii hal sayıb: "Zədələr futbolun bir hissəsidi. Bunsuz mümkün deyil. Ya kimsə arxadan gəlib ayağına zərbə vurur, yaxud yıxılırsan və çiynin çıxır. Futbolda belə halları nəzarətdə saxlamaq çox çətindi. Bu cür zədələrdən sonra yaşıl meydanlardan uzaq qalırsan. Yenidən qayıtmaq və formanı bərpa etmək zaman alır". 
 
Təcrübəli legioner noyabrın 7-də Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzduqları oyun barədə də danışıb: "Belə matçlarda daha çox qələbə qazanmaq istəyən də, bunun əziyyətini çəkə də biz oluruq. Taleyüklü oyun olduğunu bilirdik. Amma standart vəziyyətlərdən 2 top buraxdıq. Vəziyyət göz qabağındadı. Təbii ki, bunu istəməzdik". 
 
Romero noyabrın 28-də İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri V tur matçından qələbə gözlədiyini söyləyib: "Yolumuza davam etmək istəyiriksə, qalib gəlməliyik. "Sevilya" ardıcıl 4 qələbə qazanıbsa, bu, o demək deyil ki, daim belə davam edəcəklər. Bu seriya nə vaxtsa, qırılmalıdır. Ola bilsin, bu, bizimlə oyuna təsadüf etsin. Səfər matçına qələbə düşüncəsi və istəyi ilə gedəcəyik".


 
tarix: 11-11-2019 10:40


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az