(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

“Qarabağ” artıq 4 oyundu qələbə qazanmır, son 6 matçın cəmi 1-də sevinib. Qalan 5 matçdan biri məğlubiyyətlə bilib, qalanında bərabərlik qeydə alınıb. Lakin bəlkə də həmin məğlubiyyətin qeydə alınmaması üçün digər oyunları qurban verməyə dəyərdi.
 
Olmadı, bütün qüvvə APOEL-lə oyunlara sərf edildi, digər rəqiblərə bəzən etinasız yanaşıldı, bəzən qüvvə qorundu. Yekunda Avropa Liqasında böyük şans əldən verildi, lakin 3 heç-heçənin qeydə alındığı Premyer Liqada vəziyyət yaxşıdı.
 
“Qarabağ” dünən “Zirə” ilə oyuna yoğrun çıxmışdı. Qurban Qurbanov heyətdə ciddi rotasiya aparmış, hətta meydana 2 limit oyunçusu buraxmışdı. Bu heyət də heç cür özünə gəlməyən “qartallar”dan yaxşı təsir bağışlayırdı. Hesabın erkən açılması isə ağdamlıları arxayınlaşdırdı. Maqaye Qeyenin cərimə meydançası kənarından “doqquzluğ”a sancdığı zərbə dəqiq olunca liderin qış çempionluğunu erkən təmin edəcəyini düşündük.
 
“Zirə” cavab qolunu vurmağa tələsmədi. Ciddi heyət problemləri olan qonaqlar səbrlə müdafiə olunub, sıx qrafik nəticəsində yorğun olan çempionun zəif nöqtələrini axtarmağa başladı. Və fasilədə baş məşqçi Zaur Həşimov bu “Qarabağ”ı yenməyin mümkünlüyünü yetirmələrinə aşılaya bildi. İkinci hissədə meydanda daha kompakt, daha cəsarətli oynayan “Zirə” var idi.
 
Hücumlarının sayını artıran “Zirə” bir neçə ciddi təhlükə yaradandan sonra rəqib müdafiəsində boşluq tapıb, hesabı bərabərləşdirdi. “Qartallar” üçün tapıntı sayıla biləcək Riçard Qadze “Qarabağ”ı məyus edə bilən 3-cü oyunçu oldu. Ağdamlılara ilk qolu da bu komanda vurmuşdu, lakin Qadzenin məhsuldarlığı diqqət çəkir. O, qısa müddətdə 2 qol, 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Bu futbolçunun artıq çəki və zəif fiziki hazırlıqla komandaya qoşulduğunu, yayda toplanış keçmədiyini də nəzərə alaq.
 
Qurbanov hesab bərabərləşəndən sonra əsas heyət oyunçularını döyüşə atdı. Miçel Madeyranın ardınca Riçard Almeyda və Abdulla Zubir də oyuna qoşuldu. Qısa zaman onlara qələbə qolunu vurmaq üçün kifayət etmədi. Bu bərabərlik “Zirə”nin turnir cədvəlindəki mövqeyinə təsir etməsə də, psixoloji anlamda komandanın özünəinamını artırdı. “Qarabağ” isə “Neftçi”dən daha bir xal uzaqlaşdı, əvəzində “Keşlə” son qələbə sayəsində liderin əsas izləyicisinə çevrilib.
 
Turun digər oyununda “Sabah” növbəti məyusluğu yaşadı. Komanda hesabı açdı, amma elə ilk yarıda da rəqibindən daha yaxşı görünən “Sumqayıt” fasilədən sonra dönüş etdi. Ötən tur xeyli qol epizodunu boşa verdiyi üçün qınanan Peyman Babayi bu dəfə qəhrəmana çevrildi. Fasilədən qayıdan kimi uzaq məsafədən dəqiq zərbə vuran iranlı, daha sonra həmyerlisi Mehdi Şərifinin fərqlənməsinə şərait yaratdı. Son saniyələrdə qonaqların daha bir milliləşdirilmişi Əmir Ağayev oyunda son nöqtəni qoydu.
 
“Sabah” heyətinə görə rəqibindən bir baş üstün olsa da, matçın taleyini məhz məşqçi işi həll etdi. Fasilədə 2 dəyişiklik edən Ayxan Abasov İqor Ponomaryovun 10 il əvvəldə qaldığını 45 dəqiqəyə sübut etdi. Zəngin heyətdən faydalana bilməyən olimpiya çempionumuz qışdan sonra da postunda qalmaq istəyir. Lakin bu yenilgi çətin ki, rəhbərliyin ona güvənməsinə imkan verə.
 
AĞA

 
tarix: 11-11-2019 10:17


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az