(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

“Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

Slovakiya Futbol Assosiasiyasının prezidenti Yan Kovaçik yerli mətbuata müsahibə verib. 

Futbolinfo.az saytının məlumatına görə, Kovaçik AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək son oyunlar barədə fikirlərini bildirib.

- Slovakiya yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində son dəfə bir araya gələcək. Daxili atmosfer necədi?
- Ab-hava həmişə olduğu kimidi. Avropa çempionatına hansı şəraitdə irəliləyəcəyimizi bilirik. Başqalarından asılı olmamaq üçün iki qələbəyə ehtiyacımız olduğunu başa düşürük. Uğur qazanıb-qazanmayacağımızı yalnız meydandakı mübarizə göstərəcək.

- Seçmə mərhələyə Azərbaycanla oyunla yekun vuracaqsınız. Səfərdə 5:1 hesablı qalibiyyətdən sonra azarkeşlər evdə də yalnız qələbə gözləyir...
- Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Bütün oyunu qapalı müdafiəyə qarşı keçirəcəyimizi təxmin etmək olar. Amma komandamın bunun öhdəsindən gələcəyinə inanıram.

- Azərbaycanla oyunun başqa şəhərdə keçirilməsini planlaşdırsanız da, Trnavaya saldınız. Buna səbəb nə oldu?
- Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Bu üzdən UEFA-ya müraciətimizi etdik. Rəqibin xarakterini nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdi. Azərbaycan müdafiədən çıxış edəcək və biz yaradıcı oyun göstərməli olacağıq.

- AÇ-2020-yə vəsiqə təqdirində komandaya mükafat veriləcəkmi?
- Bu baş verərsə, Slovakiya Futbol Assosiasiyasına gələcək pulun 1/3-i komandaya veriləcək. Hazırda dəqiq məbləği bilmirəm. AÇ-2016-ya vəsiqə qazananda bu məbləğ 3 milyon avro idi. İnanıram ki, bu dəfə daha çox olacaq. (matc.az)


 
tarix: 11-11-2019 12:20


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az