qaynar xətt
“Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi
“Qəbələ” 2019/20 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 11-ci turuna təsadüf edib. “Qırmızı-qaralar” ev oyununda “Səbail”in qapısından üç cavabsız top keçirib.
Bu qələbə komandanın tarixində 50-ci böyükhesablı qələbə olub. Yubiley uğuruna imza atan “Qəbələ” ilk belə qələbəsini 2005/06 mövsümündə əldə edib. Birinci dəstədə “Göy-Göl” (Xanlar) adı ilə çıxış etdiyi vaxt komanda ilk oyununda “Şərur”un qapısından 8 cavabsız top keçirib.
Böyükhesablı qələbələrdən 29-u Premyer Liqa, 11-i Birinci dəstə, 9-u Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.
“Qırmızı-qaralar” evdə 33, səfərdə 17 dəfə böyük hesabla qalib gəlib.
Komanda hər mövsümdə ən azı 1 dəfə üç və ya daha çox fərqlə qələbə qazanıb: 2005/06 – 12, 2006/07 – 2, 2007/08 – 1, 2008/09 – 5, 2009/10 – 1, 2010/11 – 3, 2011/12 – 4, 2012/13 – 1, 2013/14 – 3, 2014/15 – 3, 2015/16 – 5, 2016/17 – 4, 2017/18 – 4, 2018/19 – 1, 2019/20 – 1.
“Qəbələ” 9 müxtəlif nəticə ilə böyükhesablı qələbə əldə edib. “Səbail”lə matçdakı hesaba daha çox təsadüf olunub: 3:0 – 23, 4:0 – 8, 4:1 – 7, 6:0 – 4, 8:0 – 3, 5:1 – 2, 5:2, 6:1, 7:0 – 1.
“Qəbələ”nin üç və ya daha çox top fərqilə qazandığı qələbələr 29 rəqiblə oyunlarda əldə olunub: MOİK, “Muğan”, “Neftçi”, “Rəvan” – 3, AZAL, “Bakı”, “Energetik”, “Gənclərbirliyi-2”, “Kəpəz”, “Mil-Muğan”, “Şahdağ” Qb, “Səbail”, “Şərur”, “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Zirə” – 2, “Ağsu”, “Bakılı”, “Ədliyyə”, “Gənclərbirliyi”, “Keşlə”, “Karvan”, “Neftçala”, “Rote Fahne”, “Şahdağ-2” Os, “Samtredia”, “Viləş”, “Yeni Yevlax” – 1.
Qəbələ şəhər stadionundakı oyun Elmar Baxşıyevin rəhbərliyi altında ilk böyükhesablı qələbə olub. O, komanda ilə belə nəticəyə imza atan 9-cu baş məşqçidi: Roman Qriqorçuk – 15, Faiq Cabbarov – 14, Ramiz Məmmədov – 7, Fatih Kavlak – 5, Toni Adams, Yuri Syomin – 3, Dorinel Muntyanu, Sənan Qurbanov, Elmar Baxşıyev – 1.
Xatırladaq ki, “Qəbələ” bunadək son böyükhesablı qələbəsini də məhz “Səbail” üzərində qazanıb. 2018/19 mövsümünün startında – 2018-ci il avqustun 12-də Qəbələ şəhər stadionunda 3:0 hesablı qələbə əldə olunub.
02:00 “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR
01:54 “Barselona” səfərdə xal itirdi
01:41 “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu
01:02 Marsel “Olimpik”i səfərdə xal itirdi
23:45 “Bavariya” 3 xalı 6 qolla qazandı
23:25 “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə
22:58 “Qalatasaray” qələbəni əldən verdi
21:04 Təbriz klubu səfərdən xalsız döndü
19:39 Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ
19:30 Rekord.az 9 yaşında!
19:12 Azərbaycan futbolunun “bataqlığı”
18:55 Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”
17:53 “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov
16:56 Hakimlərdən boykot qərarı
15:50 “Sabah” “Verona” ilə də bacarmadı
15:24 14 oyun, 21 futbolçu
14:46 “Sabah” “Verona” ilə qarşılaşacaq
13:45 Argentina kubokunun qalibi bəlli oldu
13:17 Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu
12:46 “Qəbələ”nin 15-ci startı
12:08 Premyer Liqada noyabrın ən yaxşıları
11:26 “Liverpul”da yeni müqavilə
11:00 Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı
10:47 Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”
10:33 “Messi sərt futbolçudur”
10:18 “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı
10:00 Yanvara saxlanan suallar
09:41 “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı
09:27 Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal
09:11 Dadaşov yenə qol vurdu, komandası qalib gəldi
09:00 Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır
01:52 Hərəyə 1 qol, 1 xal
01:38 “Lill” “Monpelye”ni məğlub yola saldı