(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

“Qəbələ”nin və U-21 yığmamızın müdafiəçisi Amin Seydiyevin futbolinfo.az saytına müsahibəsi: 

- “Səbail”lə matçda rahat qələbəni gözləyirdiz?
- Qələbə gözləyirdik. Çünki hər matça qalibiyyət üçün çıxırıq. 3:0 hesablı qələbəyə görə şadıq, sevinirik.

- Sanki son 2 oyunda “Qəbələ” daha yaxşı çıxış edib...
- Belə düşünmürəm. Çünki bundan qabaqkı matçlarda da pis çıxış etmirdik. Sadəcə, bəzi matçlarda bəxtimiz gətirmirdi. Lakin hər oyunda qalib gəlmək istəyirdik.

- Belə davam etmək üçün nə lazımdı?
- Hər oyuna yaxşı, eyni səviyyədə hazırlaşmalıyıq. Ciddi olub məşqçilərin tapşırıqlarına əməl etmək lazımdı. Verilən tapşırıqları yerinə yetirsək, daha yaxşı olar.

- Öz çıxışından razısan?
- Bu barədə nəsə deyə bilmərəm. Bu suala məşqçilər cavab versə, daha yaxşı olar.

- Belə fikirlər var ki, Amin ötənilki qədər yaxşı çıxış etmir...
- Hərənin bir fikri var və mən bütün fikirlərə hörmətlə yanaşıram.

- İstəyin çox olsa da, bəzən taktiki səhvlərin çox olur...
- Bunu normal sayıram. Çünki mən gənc oyunçuyam və belə səhvlərə yol verməyim normaldı.

- “Qəbələ”nin qeyri-sabit çıxışını nə ilə əlaqləndirmək olar? Fiziki hazırlıqla bağlı hər hansı problemdən qaynaqlanan bir şeydirmi?
- Yox, düşünmürəm ki, bizim fiziki hazırlıqla bağlı hər hansı problemimiz var. Sadəcə, yeni komandayıq və bəzən boşluqlarımız olur. Ona görə də bunu normal hal saymaq olar.

- Qarşıda əsas milli komandamızın oyunları var. Səncə, komanda xallar qazana bilərmi?
- Onlara uğurlar arzu edirəm. Düşünürəm ki, yaxşı nəticələr ola bilər.

- U-21 yığmamız da oyunlar keçirəcək...
- Tam gücümüzlə hazırlaşırıq. İstəyirik ki, uğurlu nəticələr əldə edək. Layiqli mübarizə aparacağıq.

- Lixtenşteynə seçmə mərhələnin startında gözlənilmədən uduzmuşdunuz. Qisas almaq mümkün olacaq?
- Əlbəttə ki, qələbə istəyirik. Ümid edirəm ki, biz evdə qalib gələcəyik.

AĞA


 
tarix: 12-11-2019 09:00


 
Xəbər lenti
12.12.2019

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az