(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

Ötən mövsüm Azərbaycan çempionatında ən çox diqqət çəkən futbolçulardan biri Ceyms Adeniyi idi. “Qəbələ”nin heyətində 10 qol vuran futbolçu mövsümə damğasını vura bilmişdi.
 
Nigeriyalı forvard yay “transfer pəncərəsi” zamanı əyalət klubunu tərk etmək məcburiyyətində qaldı. “Qırmızı qaralar”ın maddi problemləri üzündən o, İsrailin “Hapoel” (Kiryat Şimona) klubuna icarəyə verildi. Hazırda aktivində cəmi 1 qol var. Futbolinfo.az saytına danışan forvard vəziyyətindən və sabiq komandasının çıxışından bəhs edib.
 
- İsraildə işlərin necə gedir? “Hapoel”də (Kiryat Şimona) oynamaq çətin deyil ki?
- Bir balaca çətindir. Çünki burada yeni atmosfer, yeni futbolçular, fərqli hava və fərqli həyat var. Ona görə müəyyən qədər çətinliklər yaşadım. Lakin ümid edirəm ki, yenidən öz formama qayıdıb qollar vuracam.
 
- Hesabınızda cəmi 1 qol var…
- Doğrudur, lakin daha çox olacaq.
 
- Azərbaycan çempionatı ilə arasında böyük fərq var?
- Böyük fərq var. Çünki çempionatda komandaların sayı çoxdur. Üstəlik, hamısı çətin komandalardır və sərt futbol oynayırlar. Digər tərəfdən klublar daha çox milli komandalarında oynayan əcnəbilər transfer edirlər. Bu da rəqabəti artırır.
 
- İcarə əsasında orada çıxış edirsən. Azərbaycana qayıtmaq kimi fikrin var?
- Düzdür, burda icarə əsasında oynayıram. Lakin indidən gələcəyimlə bağlı nəsə deyə bilmərəm. Çünki nə baş verəcəyini mən də bilmirəm.
 
- Azərbaycan çempionatını izləyirsən?
- Əlbəttə. Həmişə Azərbaycan çempionatına baxıram.
 
- Müqavilə ilə məxsus olduğun “Qəbələ”nin vəziyyəti heç də yaxşı deyil…
- Düşünürəm ki, “Qəbələ” yaxşı oynayır. Lakin arzuladıqları nəticəni əldə edə bilmirlər. Bu, futboldur. Həm də komandada yeni futbolçular var, gənclərə daha çox şans verilir. Zamanla hər şey qaydasına düşəcək.
 
- Sənə hər hansı təklif varmı ki, birdəfəlik “Qəbələ”dən gedib orda oynayasan?
- Hazırki vəziyyətdə heç bir təklifim yoxdur.
 
FƏRİD

 
tarix: 12-11-2019 11:59


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az