(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

“Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

Eddi İsrafilov sıradan futbolçudu. Əslində, onun milli komandadan kənar qalması ciddi müzakirə mövzusu olmamalıdı. Oynadığı matçlarda yığmaya heç bir ciddi xeyir verməyən anqolalı yarımmüdafiəçi yalnız legioner olduğu üçün diqqət çəkə bilər.
 
Lakin Eddinin millimizdə oynamaq üçün AFFA-dan 1 milyon dollar civarında pul aldığını nəzərə alsaq, vəziyyət dəyişir. Bir ara AFFA-nın/SOCAR-ın büdcəsindən çıxan həmin pulun müəyyən hissəsini almadığı üçün millinin düşərgəsinə gəlməkdən boyun qaçırdı deyilən İsrafilov son matçlarda heyətdə olub. Deməli, maliyyə problemi yoluna qoyulub.
 
Eddi yenə millinin düşərgəsinə gəlməyəcək. O, noyabrın 16-da Bakıda Uelslə matçda baş məşqçi Nikola Yurçeviçin ixtiyarında olmayacaq. Səbəb isə müəmmalı və qəribədi. İspaniya Sequndasında oynayan “Albasete” İsrafilovu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki oyuna buraxmayıb. AFFA-nın açıqladığı rəsmi məlumatda bildirilir ki, ispan klubuna göndərilmiş məktubla bağlı texniki problem yarandığı üçün klub futbolçunu millimizin düşərgəsinə buraxmayıb.
 
Məsələnin məğzini öyrənmək üçün “Sportinfo”dan olan həmkarlarımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə söhbətləşib. Federasiya rəsmisi qarşı tərəfi günahlandırıb: "Albasete" tərəfi iddia edir ki, məktub onlara gec çatıb. Bilirsiz necədir, klub bir az cığallıq edir. Lap tutaq ki, məktub 1 sutka, yaxud da 2 saat gec çatıb. Eddi oyundan bir gün əvvəl milliyə çağırılmayıb ki? Matça hələ 4 gün var. Məktub isə bu ayın əvvəlindən göndərilib. Artıq məsələylə bağlı FİFA-nı məlumatlandırmışıq. Bu, kargüzarlıq cığallığı kimi bir şeydir. Futbolçu tərəfindən bizə hansısa imtina gəlməyib. Özü gəlmək istəməsəydi, qərarını bildirərdi. Belə bir şeylə qarşılaşmamışıq. Ötən toplanışda zədəli olduğu üçün gələ bilməmişdi. Açıqlama vermişdi ki, ürəyim ordadır, gəlib oynamaq istəyirəm. Klubla danışıq aparılıb. Biz öz mövqeyimizi bildirmişik. Deyildi ki, kargüzarlıq məsələsinə görə futbolçunun milli komandaya buraxılmaması düzgün deyil".
 
AFFA-nın mövqeyi aydındı. Həqiqətən dəvət vaxtında göndərilibsə, o zaman “Albasete”ni ciddi cəza gözləyir. Lakin İspaniya klubunun bunu bilə-bilə özbaşınalıq etməsi inandırıcı deyil. Bəlkə ortada başqa səbəblər var?
 
Bu suala cavab tapmaq üçün İspaniya ilə əlaqə saxladıq. Eddi zənglərimizə cavab verməsə də, “Albasate”nin mətbuat xidmətinin rəhbəri Xesus Ernandes Prensa ilə danışa bildik. Futbolinfo.az-a açıqlama verən klub rəsmisi Eddinin Bakıdakı qarşılaşmaya getməməsinin AFFA və klub arasında razılaşdırıldığını bildirdi: “Bu klub və federasiya arasında bir razılaşmadır. Bu barədə ətraflı məlumat vermək istəmirik. Bizim növbəti matçda ona ehtiyacımız var. Çünki Eddinin mövqeyində oynayacaq başqa futbolçumuz yoxdu”.
 
Xesus Ernandes Prensaya inansaq, Eddinin millinin qarşıdakı 2 oyundan birincisinə gəlməməsi tərəflər arasında razılaşdırılıb. O zaman bu komediya kimə lazımdı? Yoxsa yığmanın arxa plana keçirilməsi, klubun xahişinə HANSISA SƏBƏBDƏN müsbət cavab verilməsinə don geydirmək üçün “texniki problem” oyunu ortaya atılıb? Bəlkə də “Albasete”nin uğuru AFFA üçün millinin nəticələrindən daha önəmlidi?
 
Xatırladaq ki, "Albasete"nin noyabrın 17-də İspaniya Sequndasının 16-cı turu çərçivəsində əsas rəqiblərindən biri "Saraqosa" ilə vacib oyunu var.
 
CAVAD

 
tarix: 13-11-2019 09:00


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az