(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

“Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintana hələ ümidini üzməyib. O, Avropa Liqasında qrupdan çıxmaq üçün şanslarının qaldığına əmindi. Kiprdəki son matçda zədələnən legioner durumundan, komandasının şanslarından futbolinfo.az-a müsahibəsi zamanı bəhs edib.
 
- “Zirə” ilə matçdakı xal itkisini yorğunluqla əlaqləndirmək olar?
- Biz mövsümün ilk hissəsində xeyli matça keçirmişik. Ona görə də az yorğunluğun olması normaldır. Lakin bu, heç zaman bizim üçün bəhanə ola bilməz.
 
- APOEL-lə matçda zədələndiniz. Hazırda vəziyyət necədir?
- Bu, kiçik bir zədədir. Hardasa 10 gün ərzinə tam sağalmağını gözləyirəm. Düşünürəm ki, yaxın müddətdə komandama kömək edə bilərəm.
 
- Filip Ozobiçin zədələnməsi, sənin vacib matçda sıradan çıxmağın nəticələrə təsir etdimi?
- Filip bizim üçün çox vacib futbolçudur. Komandamızın vurduğu bir çox qollarda birbaşa iştirak edir. Ümid edirəm ki, yaxın zamanda geri dönəcək. Çünki bizim ona ehtiyacımız var.
 
- APOEL-ə məğlubiyyət 1/16 final mərhələsi şanslarının üstündən xətt çəkdimi?
- Hələ qarşıda iki oyunumuz var. Biz sona qədər mübarizə aparacağıq. Biz inanırıq ki, möcüzə baş verə bilər. Lakin bundan əvvəl öz gücümüzə inanıb, son 2 matçda maksimum nəticə əldə etməliyik. Həqiqətən bilmirəm ki, biz niyə onları cəmi bir dəfə məğlub etdik. İnanıram ki, bütün matçları onlardan üstün oynamışıq. Lakin kiçik detallar matçların nəticələrini həll etdi.
 
- “Sevilya” ilə səfər matçından xal almaq mümkün görünür?
- Əlbəttə ki, mümkündür. Buna inanmasaq, elə Bakıda qalarıq. Bilirik ki, çox çətin olacaq. Lakin Sevilyadan xalla qayıtmağın mümkünlüyünə inanırıq və özümüzə güvənirik.
 
- Çempionlar Liqasında “Atletiko” ilə matçda sürpriz edərək xal almışdınız. İspaniyada yeni tarix yazmaq üçün nə lazımdır?
- Əlbəttə ki, eyni situasiyadır. “Atletiko” da çox çətin komanda idi, lakin biz xal qazandıq. Biz inanmalıyıq və son saniyəyə qədər mübarizə aparmalıyıq.
 
AĞA

 
tarix: 13-11-2019 11:34


 
Xəbər lenti
10.12.2019

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az