(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə baş tutan mərasimdə klub nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qonaqları salamladıqdan sonra bir sıra maraqlı məqamlara toxunub:

- Hər birinizi salamlayıram. Azərbaycan Kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Azərbaycan Kubokunun yeni sahibi olacaq komandanın ölkəmizi avrokuboklarda layiqincə təmsil edəcəyinə inanıram. Düzdü, kubokda komanda sayı azdı, lakin bu, bizdən asılı məsələ deyil. Sirr deyil ki, 2008-ci ildə Peşəkar Futbol Liqası yarandıqdan sonra keçirilən çempionatlarda heç vaxt turnir cədvəlini aşağı pillədə bitirən klublar avrokuboklarda özündən yuxarıdakılardan yaxşı nəticə göstərə bilməyiblər. Bu, PFL-in yarışları ədalətli keçirməsinin göstəricisidi.

Daha sonra Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Region Liqasında çıxış edən komandalardan bəziləri kubokda iştirak etmək istəmişdilər. Sizcə, onları yarışa buraxmaq olmazdımı?
- Azərbaycan Kubokunu keçirmək PFL-in səlahiyyətindədi və bizə nə şifahi, nə yazılı müraciət olunmayıb.

- Premyer Liqanın sponsor məsələsi nə yerdədi? İddia olunur ki, müraciət edənlər var, ancaq az maliyyə təklif edirlər.
- Peşəkar Futbol Liqasına xarici şirkətdən təklif gəlmişdi. Amma müraciət edən şirkətin ölkəmizdə fəaliyyəti hüquqi cəhətdən mümkün olmadığına görə razılıq əldə olunmadı.

- Avrokuboklara 4-cü vəsiqənin sahibini müəyyənləşdirmək üçün kubokun qalibi ilə Premyer Liqada 4-cü yeri tutan komanda arasında pley-of matçı keçirmək məsələsini reqlamentə daxil etmək olar?
- Düşünürəm ki, bu, kubokda iştirak edən komandalar üçün ədalətli olmaz.

- Azərbaycan Kubokunun sponsoru olacaq?
- Hələ ki yoxdu. Danışıqlar davam edir.

- Oyunların manipulyasiyası ilə bağlı “Ağsu”nun 2 futbolçusu yarışdan uzaqlaşdırıldı. Bu barədə UEFA-dan sizə siqnal daxil olubmu?
- Bizə UEFA-dan hər hansı siqnal daxil olmayıb. Lakin aidiyyəti orqanlara daxil olub və təəssüf ki, həqiqətdi.

Qeyd edək ki, Azərbaycan Kubokunun ilk oyunları dekabrın birinci həftəsində reallaşacaq.


 
tarix: 13-11-2019 18:00


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az