(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Musayevin püşk atmaqlığı

Musayevin püşk atmaqlığı

Nə Mübariz Mənsimovu, Nə Hafiz Məmmədovu, nə Cahangir Hacıyevi futboldan mən qovmuşam. Onlar öz adlarına çıxdıqları, guya ciblərindən xərclədikləri pulu dağıtdıqdan sonra səhnədən çəkiliblər. Əslində isə dövlətin futbola da diqqət ayırsınlar deyə yaratdıqları imkanlardan, güzəştlərdən faydalanıb, doqquzunu cibinə qoyub, birini futbol xərcləyirdilər. Həmin o 1/10-in də yarısını klubdakı qohumlarına, qardaşlarına qismət edirdilər.
 
Bu adamlar futboldan kənarlaşıbsa, günahkarı özləridi. Əməllərini hamı bilir, nəfslərinə hakim olardılar. Əgər kənarda günahkar axtarırıqsa, burada jurnalistlər yox, elə AFFA-da əyləşənlər suçludu.
 
Dünən ölkə kubokunun püşkatma mərasimində Ramin Musayev fikrini düz ifadə edə bilmədi. Yəqin ki, o, mətbuatın neqativləri qabartdığı üçün sponsorların futboldan kənarlaşdığını demək istədi. Lakin buna görə də günahkar jurnalistlər deyil. Başda AFFA rəhbərliyi, elə həmin Musayev olmaqla, düz işləsəydi, mətbuat yazmağa neqativ tapa bilməzdi. Və düz işləsəydiz, indi milli komandamız cəmi 1 xala sahib olmazdı, çempionatda 8 əvəzinə 18 komanda mübarizə aparardı, ölkə kubokunda cəmi 12 yox, azı 12 bölgə klubu olardı.
 
Ola bilsin, Musayev vaxtilə Tuyqun Nadirov, Yaşar Seyidov, Əmrah Çəlikəl, Tahir Süleymanov kimi nüfuzlu klub funksionerlərini bəyənməyib, daha yüksək vəzifəli klub rəsmilərini püşkatmaya çağırmasının nostalgiyası ilə yaşayır. İndi inzibatçı, mətbuat katibi ilə təmsil olunan klub rəsmiləri qarşısına özünün çıxmasını və bununla illərdi nüfuzunu aşağı salmasını qəbul edə bilmir. Bunun günahkarı biz deyilik.
 
Bu, Peşəkar Futbol Liqasının prezidentinin dünənki püşkatmadakı açılış nitqinə həsr edilən girişimiz. Gerisinə gəlincə...
 
PFL 8 elita komandasının gözünə xahiş-minnətlə razılığı alınan 4 divizion təmsilçisini də qatıb püşk atdı. 12 komandalı yarış biabırçılığın son həddidi və Musayevin dediyi kimi, tək onun günahı deyil. Amma Ramin bəy daxil olmaqla bütün AFFA rəhbərliyinin suçudu. Futbol təsərrüfatına siz cavabdehsiz, zəhmət olmasa, işi elə qurun ki, belə vəziyyət alınmasın. Dövlət büdcəsindən futbolun inkişafı üçün ildə 30-50 milyon manat aralığında vəsait xərclənir. Hansı layihələrə xərclənir ki, futbolun özü qalıb kənarda, maliyyə başqa işlərə gedir? Onun da cavabını “günahkar” jurnalistlərmi versin?
 
Deyək ki, həqiqətən klub sayını artırmaq mümkün deyil. Qəbul! Heç olmasa, bu yarışı elə təşkil etmək lazımdı ki, maraqlı olsun. Klublar faktiki 3-4 oyun keçirib, titul sahibi olacaq, ölkəmizi avrokubokda təmsil edəcək. Bəlkə komandaları 4 qrupa bölmək, daha sonra ¼ finalçıları müəyyənləşdirmək daha yaxşı olardı?
 
Yenə divizion klublarının imkansızlığını bəhanə edəcəksiz. O zaman məsələyə fərqli yanaşaq. Həmin 4 divizion komandasından üçü təsnifat mərhələsində qonaq olacaq. Yəni, kubok oyunları da Bakıdan kənara çıxmayacaq. Olmazdımı püşkdən əvvəl divizion klublarının biroyunluq mərhələdə mütləq ev sahibi olmasına qərar verərdiz? Gəncə, Ağsu və Zaqatala azarkeşləri üçün bu, əsl hədiyyə, futbol bayramı olardı. Bölgələrdə futbolun inkişafı, kütləviliyin təmin edilməsi üçün bu da bir variantdı. Əvəzində bu komandalar elita klublarının qonağı olacaq və təbii ki, ələnib sıradan çıxacaqlar. Belədə heç təsnifat mərhələsinə gərək yox idi ki. Elə 8 komanda bir-biriylə oynasın da. Daha 4 divizion klubunu gözdən pərdə asmaq üçün yarışa soxuşdurmağın nə mənası?
 
Region Liqasında çıxış edən klubların yarışda iştirak etmək üçün müraciət etmədiyi vurğulanır. Əcəba, bu yarışdakı komandaların statusu ümumiyyətlə, müəyyənləşibmi? Axı, onların həvəskar olması da dəqiq deyil. Əvvəla, həvəskarların da kubok yarışına qatılması qadağan edilməməlidi, onların yarışa qatıla biləcəyi ilə bağlı açıqlama verilməliydi, dəvət olunmalıydılar. Ondan sonra kimin divizion klubları kimi aradan çıxacağı dəqiqləşəcəkdi. İndi isə onlar haqlıdı – rahatca yarışda oynamaq istədiklərini, amma bura buraxılmadıqlarını ifadə edirlər.
 
Region Liqası həvəskarlar yarışı deyil. Ona görə ki, burada yeniyetmələr də oynayır, həvəskarların yarışında isə buna qadağa var. Bu, sadəcə, fərqli liqadı, Almaniyada olduğu kimi fərqli yarışdı. Nə həvəskarlar federasiyasının nəzarətindədi, nə də PFL-in. İşi yalnız milli komandaların oyununu təşkil etmək olan AFFA qanunsuzluğa yol verərək yarış keçirir, Musayevin də baş katib Elxan Məmmədova irad bildirməyə yumşaq yeri çatmır. Bütün klub yarışlarını təşkil etməli olan PFL Region Liqasına müdaxilə etmək səlahiyyətində deyil, acığını onları öz bayrağı altındakı kubok yarışlarına buraxmamaqla çıxır.
 
Cənab Musayev, əvvəlcə öz aranızda bu məsələni həll edin, saray davalarınızı bitirin, sonra futboldan danışın, jurnalistləri qınayın. Siz heç divizionda qumara görə cəzalanan 2 futbolçudan xəbərdar deyilsiz, sizi bu məsələdən kənar saxlayırlar, o ki qaldı Region Liqası ola.
 
PFL uzun illərdi klub yarışlarını yüksək səviyyədə təşkil edir. İnsaf naminə, Ramin bəyin nitqində diplomatik çalarlar olmasa da, açıqlamalarında “quşlar” çox olsa da, yaxşı kollektivi, işçi heyəti var. Lakin bu il püşklə bağlı onların strategiyası da xoşuma gəlmədi. Səbətlər elə bölünüb ki, finala çempionatın liderləri olan “Qarabağ”, “Keşlə” və “Neftçi”dən yalnız biri çıxacaq. Digər “setka”da isə ortabab və zəif komandalar yerləşib. Halbuki bu iki qanaddan birində “Qarabağ”, digərində “Neftçi” olmalı, ölkənin iki güclü komandasının öz tərəfindən finala gəlmək üçün çalışması təmin edilməli idi.
 
Bəli, səbətlər ötən ilin nəticələrinə əsasən formalaşıb. Lakin təkcə bu prinsipə əsaslanmaq olmaz. Yarışı maraqlı etmək üçün klub reytinqləri əsas götürülməlidi. O zaman bu yarışdakı nəticələrinə görə komandaları bölmək mümkün olardı. Yox, PFL-ə ötənilki “Qəbələ” – “Sumqayıt” finalı kimi təsadüf nəticəsində həlledici mərhələyə yüksələn komandalar lazımdısa, kiməsə avrokuboka vəsiqə vədi verilibsə, o başqa məsələ.
 
Ramin bəy növbəti müsahibələrinin birində bu sətirlərin müəllifini də qınayacaq. Deyəcək ki, “Səbail”i, “Zirə”ni, “Sabah”ı finala çıxarmaq istəyirik ki, bu klublar yaşasın, amma jurnalistlər imkan vermir...
 
FƏRİD

 
tarix: 14-11-2019 09:00


 
Xəbər lenti
12.12.2019

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az