(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Milli faciə davam edir: bu dəfə 1:6 ilə

Milli faciə davam edir: bu dəfə 1:6 ilə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşuldu. Kaş qoşulmayaydı...
 
Dünən komandamız ilk oyununu keçirdi və biabırçı hesabla uduzdu. Vüqar Məmmədin yetirmələri bukmekerlərin sevimli “7+”nu gətirmək üçün dəridən-qabıqdan çıxdı. Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:6 hesablı məğlubiyyətimizlə bitdi.
 
Komandamızın heyətində yeganə qolu 62-ci dəqiqədə penaltidən fərqlənən Berkay Vardar vurdu. Hətta belə milliləşdirilənlərdlə darmadağın oluruqsa, gör Azərbaycan futbolu nə gündədi, legionerlər olmasa, hansı hesabla uduzardıq? AFFA rəhbərliyi 12 ildi futbolu o qədər “inkişaf etdirib” ki, növbəti matçlarda almanları və Qazaxıstanı darmadağın edəcəyik. Şübhə edən varmı?
 
Şübhəsi olanlar üçün bütün milli komandalarımızın 2019-cu ildə keçirdiyi oyunların siyahısını dərc edirik. Baxın və əmin olun ki, futbolumuzun gələcəyi necə “parlaqdı”...
 
ƏSAS MİLLİ
8 oyun: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 8:16
Macarıstan 0:1
Bəhreyn 3:2
Xorvatiya 1:1
Uels 1:2
Slovakiya 1:5
Macarıstan 1:3
Litva 0:0
Xorvatiya 1:2
 
U-21
5 oyun: 1 qələbə, 4 məğlubiyyət, top fərqi - 2:11
Fransa 0:5
Gürcüstan 0:3
Slovakiya 2:1
Lixtenşteyn 0:1
İsveçrə 0:1
 
U-19
15 oyun: 2 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 8:25
Çexiya 0:4
Norveç 0:1
Rumıniya 0:4
İrlandiya 1:3
Rusiya 0:0
Küveyt 1:1
İspaniya 0:2
Şotlandiya 0:2
BƏƏ 1:1
BƏƏ 0:1
Belarus 0:4
Belarus 1:0
Malta 2:2
Malta 0:0
San Marino 2:0
 
U-17
12 oyun: 1 qələbə, 1 heç-heçə, 10 məğlubiyyət, top fərqi - 9:34
Belarus 0:2
Belarus 1:4
Litva 3:1
Latviya 0:2
Ukrayna 2:4
İsrail 0:6
Gürcüstan 0:2
Səudiyyə Ərəbistanı 1:2
Makedoniya 1:2
Bosniya və Herseqovina 0:3
Bosniya və Herseqovina 0:0
Yunanıstan 1:6
 
U-16
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:5
Makedoniya 1:3
Makedoniya 2:2
 
QADINLAR
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 0:5
İspaniya 0:4
Estoniya 0:0
Estoniya 0:1
 
U-19 (qızlar)
6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi - 2:24
Albaniya 1:0
Almaniya 0:6
Portuqaliya 0:6
Rusiya 0:7
Belarus 1:2
İran 0:3
 
U-17 (qızlar)
5 oyun: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi - 0:14
Gürcüstan 0:0
Gürcüstan 0:2
Sloveniya 0:6
Norveç 0:5
Farer adaları 0:1
 
U-16 (qızlar)
3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:2
Farer adaları 2:0
Belarus 1:2
Qazaxıstan 0:0

 
tarix: 14-11-2019 09:51


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az