(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

“Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

“Genk”in və Ukrayna yığmasının futbolçusu İqor Plastun ölkəsində baş verən siyasi hadisələr barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, Plastun, Ukrayna-Rusiya qarşıdurmasına da münasibət bildirib. O, hər şeyin siyasi oyun olduğunu deyib:

“Rusiya ilə münasibətlər gərginləşəndə çox həyəcan keçirirdim. Nə baş verdiyini, Ukraynanı nəyin gözlədiyini bilmirdim. Hər şeyi ürəyimə salırdım. Amma vaxt keçdikcə anladım ki, heç nə dəyişməyəcək. Qərara aldım ki, siyasi oyunlarla bağlı heç nə oxumayım. Çünki oxuduqlarım hamısı neqativ idi. Başa düşdüm ki, daxilimdə nəyisə dəyişə bilmərəm. Ona görə də, mətbuatı oxumaqdan, televizora baxmaqdan imtina etdim. Bu proses uzun müddət davam edəcək. Sadəcə, bir şeyi özüm üçün qətiləşdirdim: ABŞ-ın, Almaniyanın, Ukraynanın, Rusiyanın siyasi səhnəsində vicdanlı insanlar yoxdu. Hətta varsa belə, onlar qlobal məsələləri həll etməkdə acizdirlər, vəssalam.

Mən bu siyasi oyunlar zamanı həlak olan insanlara görə təəssüflənirəm. Axı Rusiyada da bir ana oturub oğluna görə həyəcan keçirir, eynən mənim anam kimi. Onun oğlunu isə iradəsinə zidd olaraq Donetsk vilayətinə göndəriblər. Və onlar orda ölürlər. Bax, insanlıq faciəsi budur. Siyasət hamı üçün aydındır – əsl bataqlıqdır. Siyasi dələduzlar heç nə vermədən minlərlə insanların həyatı ilə oynayırlar. Bu hadisələr mənim ölkəm üçün böyük faciədir. Məhz bu münaqişə ucbatından inkişaf edə bilmirik. Amma bununla belə, heç vaxt “Rusiyada hamı əclafdır” deməyəcəm. Əminəm ki, bu ölkədə xeyli vicdanlı insan yaşayır. Amma yuxarıdakılar öz çirkin siyasi məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. Bundan da sadə insanlar əziyyət çəkirlər”.


 
tarix: 14-11-2019 15:53


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az