qaynar xətt
Prosineçki Beqoviçə cavab verdi
Futbol üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı fikirlərinə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis, “Federal TV”-yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki, “Qarabağ”ın şərəfini qoruyan 32 yaşlı qapıçını milliyə dəvət etməməsinin səbəbini belə izah edib:
“Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi. İndi o, çox yaxşı çıxış edir, biz bundan məmnunuq. Hər kəsin fikirləri var. Amir Beqoviç də ittiham etmək haqqına sahibdir. Amma mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik”.
Asmir Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milli komandaya dəvət almışdı və ehtiyatda qalmışdı.
Asmir Beqoviçin atası isə vaxtilə Azərbaycan millisinin “sükanı arxasında” olmuş Prosineçkini təlxək adlandırıb: “Asmirin milli komandaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bu təlxək sadəcə, bir alətdir”.
Bosniya və Herseqovina millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, noyabrın 15-də İtaliyanı qəbul edəcək, üç gün sonra isə Lixtenşteynin qonağı olacaq. Milli komanda hazırda J qrupunda 10 xalla 4-cü pillədə qərarlaşıb.
02:00 “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR
01:54 “Barselona” səfərdə xal itirdi
01:41 “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu
01:02 Marsel “Olimpik”i səfərdə xal itirdi
23:45 “Bavariya” 3 xalı 6 qolla qazandı
23:25 “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə
22:58 “Qalatasaray” qələbəni əldən verdi
21:04 Təbriz klubu səfərdən xalsız döndü
19:39 Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ
19:30 Rekord.az 9 yaşında!
19:12 Azərbaycan futbolunun “bataqlığı”
18:55 Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”
17:53 “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov
16:56 Hakimlərdən boykot qərarı
15:50 “Sabah” “Verona” ilə də bacarmadı
15:24 14 oyun, 21 futbolçu
14:46 “Sabah” “Verona” ilə qarşılaşacaq
13:45 Argentina kubokunun qalibi bəlli oldu
13:17 Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu
12:46 “Qəbələ”nin 15-ci startı
12:08 Premyer Liqada noyabrın ən yaxşıları
11:26 “Liverpul”da yeni müqavilə
11:00 Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı
10:47 Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”
10:33 “Messi sərt futbolçudur”
10:18 “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı
10:00 Yanvara saxlanan suallar
09:41 “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı
09:27 Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal
09:11 Dadaşov yenə qol vurdu, komandası qalib gəldi
09:00 Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır
01:52 Hərəyə 1 qol, 1 xal
01:38 “Lill” “Monpelye”ni məğlub yola saldı