(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

"Çoxları xorvatlarla ilk matçdan və performansdan sonra bizə güvənmir. İndi tamamilə fərqli və müvəffəq olmaq üçün əlimizdən gələni edəcəyik". 

Futbolinfo.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının müdafiəçisi Milan Şkriniara məxsusdu.

"İnter"in futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. 24 yaşlı mərkəz müdafiəçisi, xüsusən də, noyabrın 16-da Riyekada Xorvatiya ilə keçiriləcək qarşılaşmaya kökləndiklərini vurğulayıb: "Xorvatlarla ilk oyunla müqayisədə hər şeyi düzəltməliyik . Uelslə son görüşdəki çıxışımızı nümunə götürməliyik. Hətta bu dəfə ondan da yaxşı oynamalıyıq. Lovren və Vidanın olmamağı əlbəttə ki, onlar üçün itkidi. Geniş heyətləri olsa da, hər itki nəzərə çarpır. Bu dəfə güclü və daha təsirli olmalıyıq".

Şkriniar final mərhələsinə vəsiqə qazanmağın öz əllərində olduğunu söyləyib. O, noyabrın 19-da Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə çıxmağın Xorvatiya ilə qarşılaşmadan asılı olduğunu əlavə edib: "Xorvatiya bizə 4:0 hesablı qələbədən sonra Azərbaycanla matçda xal itirdi. Bundan başqa Millətlər Liqasında ispanlardan 6 qol buraxdılar. Ancaq belə şeylərə güvənmək olmaz. Böyük işlər görə biləcək böyük oyunçuları var. Düşünürəm ki, Xorvatiya ilə matçı daha böyük stadionda keçirməyimiz yaxşı olardı. Hətta onların futbolçuları da vacib qarşılaşmanın Riyekaya salınmasına narazıdılar. İstənilən halda qələbə qazanmalıyıq. Təbii ki, Xorvatiya ilə qarşılaşmanın nəticəsindən çox şey asılı olacaq. Ümid edirəm ki, seçmə mərhələdə son matça daha ümidli çıxacağıq". (matc.az)

Qeyd edək ki, slovaklar hər iki oyunda qələbə qazanarsa, qrup birincisi kimi Avropa çempionatına vəsiqə əldə edəcək.


 
tarix: 14-11-2019 18:25


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az