(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

“Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:0 hesabıyla bitən görüşü belə şərh edib:

- Belə oyun gözləyirdik. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Əks-hücumlara bel bağlayırdı. Oyundan əvvəl və fasilədə də oyunçulara bildirdik ki, səbrli olmalıyıq. Qol vuracağımız məqamı gözləməliydik. Lazım olan qolu da vurduq. İndi istirahət edib, daha sonra Ukrayna ilə oyuna hazırlaşacağıq.

- Rəqibin baş məşqçisi bildirdi ki, Azərbaycan millisi daha qorxaq və ehtiyatlı oynadı. Bu fikirlə razısızmı?
- Ehtiyatlı oynamağımıza səbəb, hücumlarımızı fərqli qurmağımız idi. Daha çox cinahlardan hücum edib, qol vurmaq istəyirdik.

- Komanda daha çox hücumlarda cinahlardan ötürmə edirdi və yerlə olurdu. Bu, taktiki tapşırıq idimi?
- Bundan əvvəl İsveçrə ilə oyunda da bu halla qarşılaşmışdıq. Tapşırmışdıq ki, yerlə ötürmə edək. Çünki "ikinci mərtəbə"də istənilən səviyyədə ola bilmirik. Ona görə də, futbolçulara daha çox yerlə ötürmə etmələrini tapşırmışdım. 

- Artıq 2-ci dəfədi ki, milli Sumqayıtda oynayır. Ancaq yenə də "Sumqayıt"lı oyunçular start heyətdə meydana buraxılmır. Bu da azarkeşlərin narazılığına səbəb olur...
- Bu gün iş günü idi və oyun da saat 6-da idi. Azarkeşlərimizə təşəkkür edirəm. Heyəti müəyyənləşdirərkən hansı oyunçunun hansı klubda olmasına baxmıram. 3 "Sumqayıt"lı bu gün meydana çıxdı. Sumqayıt şəhər stadionu bizi qane edir, yenə burada oynamaq istəyərdik. "Sumqayıt"ın futbolçuları daha çox çalışıb, məni vadar etməlidilər ki, onları stat heyətdə meydana buraxım. (komanda.az)


 
tarix: 14-11-2019 20:35


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az