(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elxan Məmmədova ünvanladığımız sualın cavabı

Elxan Məmmədova ünvanladığımız sualın cavabı

AFFA-nın fəaliyyətini iki hissəyə bölmək olar. Müstəqillik dövrümüzdə birinci 10-12 və sonrakı 10-12 il. 90-cı illərin siyasi-iqtisadi xaosu, müharibə, çəkişmələr, futbol idarəçiliyində olan problemlər, şəraitin tələblərə cavab verməməsi inkişafın qarşısını alırdı. Buna baxmayaraq, futbola maraq yüksək idi. Hətta cəbhə bölgəsindəki rayonlarımızda stadionlar azarkeşlərlə dolu olurdu. Müharibə gedə-gedə komandalarımız da kifayət qədər idi. İlk çempionatda güclülər dəstəsində 26 klub çıxış edirdi. Bu, yanlış addım idi. Heç İngiltərə Premyer Liqasında bu sayda komanda yoxdur. Yeni yaradılmış federasiyanın ovaxtkı rəhbərliyinin bu qərarı ümumi futbola böyük zərbə vurmuş oldu. 

Əsas liqada güclü klublarla yanaşı, zəiflər çoxluq təşkil edirdi. Bu çoxluq birinci liqanın formalaşmasında da çətinliklər yaradırdı. Elə bunun nəticəsi idi ki, SSRİ çempionatından sonra ilk dəfə ölkə birinciliyində çıxış edən "Neftçi" 12 oyun ardıcıl qələbə qazandı. Federasiyanın yarandığı ilk ildən 30-40 komanda ilə 3 balanslaşdırılmış liqa yaratmaq olardı. Müstəqillik dönəmində futbolun təməli düzgün qoyulmadı. Get-gedə klublar dağılmağa başladı, ildən-ilə haqsızlıqlara qarşı etirazlar çoxaldı və bunun məntiqi sonluğu olaraq 2000-lərin əvvəlində AFFA-da köklü dəyişikliklər baş verdi. 

O vaxt FIFA və UEFA-nın tələbi ilə keçirilən futbol ictimaiyyətinin forumunda qəbul edilən işçi qrupunun üzvləri və AFFA rəsmiləri yeni nizamnaməni hazırladı. Əsas məqsəd ölkə futbolunda əsaslı islahatların aparılması, qanunlara söykənərək dövlətin futbola diqqət və qayğısının artması idi. Beynəlxalq futbol qanunları ilə yanaşı, Azərbaycan qanunlarının da nizamnamədə əks olunması üçün Ədliyyə və eyni zamanda Gənclər və İdman Nazirliyinin yüksək səlahiyyətli nümayəndələri daimi proseslərdə iştirak edirdilər. Bunun nəticəsi olaraq FIFA, UEFA rəsmilərinin iştirakı ilə konfrans keçirildi, yeni nizamnamə qəbul edildi və uzun illərdən sonra AFFA-da rəhbər heyət, İcraiyyə Komitəsi tam olaraq yenidən seçildi. Futbola inam qayıtmışdı. İstər üst səviyyədə dövlət qayğısı, istərsə də yeni klubların, əsasən də bölgə komandalarının yaradılması, sponsorların cəlb edilməsi futbolda yeni mərhələ, canlanma yaratmışdı. 2004/05 mövsümündə bölgələrlə yanaşı, Bakı şəhərində tribunalara 20-25 min azarkeş toplaşırdı. Bakı, Yevlax, Zaqatala, Lənkəran, İmişlidə müasir tələblərə cavab verən yeni stadionlar inşa edilirdi. Digər şəhər və rayonlarımız da həvəslə öz növbələrini gözləyirdi. Bütün bunlar 2005-2015 dövlət proqramının qəbulunun nəticəsi idi. 

Bu ərəfədə AFFA-da kadr islahatları həyata keçirildi. Gözlənilmədən baş katib vəzifəsinə heç kimin tanımadığı, futbolda bir gün də fəaliyyəti olmayan Elxan Məmmədov gətirildi. Bu, azmış kimi AFFA-da prezident kabinetində otuzduruldu. Dövlət proqramının həyata keçirilməsi ikinci plana keçdi. 

Futbolu bilməmək, təcrübəsizliklə yanaşı, federasiyada kütləvi kadr islahatları başladı. Gənc baş katib özü kimi futbolda heç bir fəaliyyəti olmayan qohum, dostlarını tədricən AFFA-da işlə təmin edib ətrafını möhkəmləndirirdi. 

Futbolu bilməsə də, idarəçilik qabiliyyəti, sənədləşmə işlərində önə çıxdı. Qəbul edilmiş nizamnamə əl-qolunu bağlayırdı. Ona qədər isə AFFA İcraiyyə Komitəsi yavaş-yavaş baş katibin səlahiyyətlərini artırırdı.

Səlahiyyət yüklənməsi AFFA rəhbərliyinə də sərf edirdi. Prezident, vitse-prezidentlər əsas iş yerləri ilə bağlı federasiyada daimi oturmurdular, iclasdan-iclasa, millinin oyunundan-oyununa görünürdülər. Baş katibin mövqeyi, sərbəstliyi ildən-ilə möhkəmlənirdi. 

Klublara hələ əl çatmırdı, əsas AFFA daxilində möhləmlənmək, bütün strukturları ələ almaq, qanunlaşdırmaq lazım idi. Bunun üçün nizamnamə mane olurdu. Məqsədli monopoliyanın yaradılması nizamnamə dəyişikliyindən keçirdi. Mənasız layihələrlə yanaşı, UEFA ilə əlaqələr də möhkəmlədirilirdi. 

Bunların həyata keçirilməsinə şəraiti elə AFFA rəhbərliyinin özü yaratmışdı. Prezidentdən sonra qanunla bütün səlahiyyətlər birinci vitse-prezidentdə olmasına baxmayaraq, baş katibin fəaliyyətinə yaşıl işıq yandırılmışdı. 

Bununla da Azərbaycan futbolu yenidən uçuruma yuvarlandı. 

Bütün bunların səbəbkarı - əsas günahkarı Elxan Məmmədova veriləcək kifayət qədər suallar var. Amma baş katibin qəbuluna düşmək, istədiyin sualı verək o qədər də asan məsələ deyil. Bunun üçün böyük prosedur keçməli, hətta sualları əvvəlcədən razılaşdırmalısan. Bu səbəbdən biz də suallarımızı sayt vasitəsi ilə vermək qərarına gəldik. Amma Elxan Məmmədovun bu suallara cavab verməyəcəyini də bildiyimizdən özümüz cavabladırırıq.

Beləliklə, ilk sualımız: 

"2000-ci illərin əvvəlində FİFA, UEFA-nın iştirakı və nəzarəti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Ədliyyə nazirliyinin səlahiyyətli nümayəndələri, AFFA-nın, bütün futbol ictimaiyyətinin iştirakı, tövsiyyələri ilə hazırlanmış AFFA nizamnaməsi konfransda qəbul edilib. Buna uyğun və "2005-2015 Dövlət proqramı"nın qəbulundan sonra ölkə futboluna böyük yatırımlar edilməyə başlanıb. Azərbaycanda futbol bumu yaşandığı vaxtda, nizamnamə 4 il sonra AFFA-ya gələn yeni rəhbərlik tərəfindən  növbəti seçki konfransında niyə dəyişdirildi?"

Və sualımızın cavabı:

Bütün gücü dövlət proqramına uyğun futbolun dirçəlişinə sərf etmək əvəzinə, futbolu ələ alan bir qrup şəxs məqsədli olaraq öz maraqları üçün nizamnaməni dəyişdilər. AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası deməkdir. AFFA-ya üzv olan federasiyaların səlahiyyətlərinin azaldılması üçün yeni regional, sahə federasiyaları yaradıldı və AFFA-nı yaradanlar birbaşa üzvlükdən dolayısı üzvlüyə endirildi. Onların maddi-texniki bazalarını yaxşılaşdırmaq əvəzinə, əlavə maliyyə israfçılığına yol verərək yeni üzv federasiyalara öz adamlarını yerləşdirdilər. Bununla da AFFA özünü bölgələrdən, federasiyalardan uzaq tutdu. 

İkinci məqsədli mərhələ AFFA İcraiyyə Komitəsinin futbol idarəçiliyində səlahiyyətlərinin 90 faizinin katibliyə həvalə edilməsi ilə başladı. Bütün bunlar federasiyanın strukturunda öz əksini tapıb. Bu gün AFFA-da maliyyə, milli komandalar, infrastruktur, balansda olan stadion-bazalar, uşaq futbolu, departamentlərin böyük əksəriyyəti birbaşa baş katibə tabedir və qeyd olunanlar qanunlaşdırılıb, bu günə kimi də bir şəxs tərəfindən idarə edilir.

Bu işlərin məntiqi sonluğu olaraq AFFA daxildə bölüşdürüldü. Futbolun bütün sahələri baş katibə, klublar və çempionatın təşkili yeni yaradılmış PFL-ə həvalə edilərək qanunlaşdırıldı.

Beləliklə, dövlət proqramını yerinə yetirmək əvəzinə, şəxsi maraqların ilk mərhələsi başa çatdı.

Növbəti sualımız da olacaq. Bizi izləyin.  

Əli Sahib, Fanat.az


 
tarix: 15-11-2019 14:46


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az