(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin bu gün baş tutan mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, öncə azərbaycanlı tərcüməçi UEFA nümayındəsi tərəfindən tədbirdən kənarlaşdırılıb. Buna Uelsin mətbuat xidməti rəhbərinin xahişi səbəb olub. Belə ki, xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqları narazı salıb. Üstəlik, onun dünyaca məşhur futbolçu Beyli tanımaması uelsli federasiya rəsmisini özündən çıxarıb. Nəticədə o, UEFA nümayəndəsinə yaxınlaşaraq, xanımın Beylin fikirlərini tərcümə etməməsini istəyib və o, zalı tərk edib. 

Bundan sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub. Amma bu vaxt da maraqlı hadisə baş verib. Ulduz futbolçu qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Orxan Əhmədov qəflətən onun yanında əyləşib. Federasiya rəsmisinin ani hərəkətindən diksinən "Real"ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında əyləncəli dialoq yaşanıb:

Qaret Beyl: Salam.
Orxan Əhmədov: Salam.

Q. B: Necəsiz? Hər şey qaydasındadır?
O. Ə: Hər şey yaxşıdır. Siz necəsiz?

Q. B: Təşəkkür edirəm. Bir az gec gəlməmisiz?!

Onların bu dialoqu və Beylin son sualı zalda əyləşən media nümayəndələrinin gülüşünə səbəb olub. Amma AFFA-nın bu ölkədə bir normal tərcüməçi tapa bilməməsi gülməli yox, daha çox acınacaqlı bir durumdu. Göründüyü kimi, qurumun yarıtmaz rəhbərliyi ölkəni hətta yaşıl meydandan kənarda da biabır etməklə məşğuldu.

 


 
tarix: 15-11-2019 22:09


 
Xəbər lenti
11.12.2019

10:30   Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00   “Liverpul” bunu 11 il sonra bacardı

09:30   Fransa yığmasında Deşamla yeni müqavilə

09:00   UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az