(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

Avro-2020-nin seçmə mərhələsi sona yaxınlaşır, finallara gedəcək komandaların siyahısı müəyyənləşir. Millimizin bu xəyalı gerçəyə çevirməyəcəyi çoxdan bəlli olduğundan hər şeyi kənardan seyr etməklə məşğuluq.
 
İndi bizi daha çox maraqlandıran Bakıya gələcək yığmaların kimliyidi. A qrupuna Romayla birlikdə ev sahibliyi edəcək paytaxtımız finalçılardan üçünü görəcək.
 
İtaliya yığması final mərhələsinə vəsiqəni erkən təmin edib, millimizin isə kənarda qaldığı dəqiqləşib. Belədə püşk atılmadan “skuadra adzurra”nın Bakıya gəlməyəcəyi aydındı. Millimiz həlledici mərhələyə vəsiqə qazanacağı halda bir oyununu Romada keçirəcəkdi, eynilə İtaliya da ölkəmizə gələcəkdi. Lakin cütlükdəki komandalardan biri kənarda qaldığından Avropa nəhəngi hər 3 qrup matçını evdə keçirəcək.
 
A qrupunda mübarizə aparacaq digər 3 komanda isə taleyini Bakıda müəyyənləşdirəcək. Qrupun favoriti İtaliya ilə Romada oynayacaq iştirakçılar bir-birinə qarşı 2 oyununu ölkəmizdə reallaşdıracaq.
 
Bəri başdan demək olar ki, Bakı adlı-sanlı yığmaları görməyəcək. Qitə nəhənglərinin əksəriyyəti həm də meydan sahibidi. Eyni zamanda reytinqi yüksək olanların İtaliyanın olduğu qrupa düşməsi demək olar, mümkünsüzdü. Bu isə ölkəmizdəki oyunlara marağı azaldır. Çexiya, Finlandiya, İsveçrə və s. ölkələr Bakıda oynaya bilər və onların ciddi azarkeş marağını çəkməyəcəyi bəllidi. Deyək ki, Çexiya – İsveç oyununda Bakı Olmpiya Stadionunun dolması, hətta biletlərin yarısının satılması mümkünsüzdü. Əvvəla, bu ölkələrdən turist axını olmayacaq, ikincisi də yerli fanatların bu tipli milliləri canlı izləmək həvəsi yaranmayacaq.
 
Beynəlxalq futbol təşkilatları belə yarışlarda tribunaların dolu olmasını arzulayır. Bu, növbəti yüksək miqyaslı yarışların ölkəmizə etibar olunması baxımından da həlledici faktordu. Avropa Liqasının finalından sonra AFFA-ya ciddi irad bildirən UEFA yəqin ki, təşkilatçılıqdakı növbəti qüsuru bizə bağışlamayacaq. Ona görə də indidən təbliğat işləri başlamalıdı. AFFA-nın baş katibi Elxan Məmmədovun “pivəylə azarkeş tutmaq” cəhdi ucuz şou, oyun idi, daha ciddi olmaq lazımdı. Ölkənin imici üçün həm əcnəbi azarkeşlərin gəlişi üçün ideal şərait yaradılmalı, təbliğat aparılmalı, həm də yerli əhalini bu oyunlara səfərbər etmək lazımdı – zorla yox, doğru addımlar atmaqla, onları həvəsləndirməklə, futbol bayramına inandırmaqla.
 
Bizi yalnız Türkiyə millisinin təşkilatçısı olduğumuz qrupa düşməsi xilas edə bilər. O zaman həm qonşu ölkədən qonağımız çox olar, həm də yerli əhali oyunların dolu tribunalar önündə keçirilməsini təmin edər. Əks halda, AFFA-nın yartımaz işi ilə bizi fiasko gözləyir. Üstəlik, turnirin yeni reqlamentinin yaratdığı çətinlikləri də unutmamalıyıq. Hansısa milli Bakıda bir oyun keçirib, İtaliyaya yollanacaq, sonra son matçı üçün yenidən ölkəmizə gələcək. Bu isə azarkeşlərin də eyni marşrutla hərəkət etməsi, əksəriyyətinin qayıtmayacağı demək olacaq.
 
Yaxşı olardı ki, bu işlərə dövlət nəzarəti olsun. Bir sıra mötəbər yarışları uğurla təşkil etmişik, təhlükəsizlik tədbirləri yüksək səviyyədə olub. Yenə də hər şey ən yüksək səviyyədə nəzarətə götürülməlidi. Uels millisi üçün tərcüməçi tapa bilməyən AFFA-ya ölkənin nüfuzuna, imicinə müsbət xallar gətirəcək yarışı etibar etmək olmaz.
 
FƏRİD
 

 
tarix: 16-11-2019 09:00


 
Xəbər lenti
12.12.2019

23:45   “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi

20:41   Çempionlar Liqasında yeni rekord

19:19   “Bavariya” ÇL-də ilkə imza atdı

18:33   İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16   ÇL-də son turun rəmzi komandası - FOTO

17:53   Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37   “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15   “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03   Millimizin sabiq futbolçusu həbs edildi

16:19   Buffon ÇL-də 2-ci oldu

16:05   Messidən “el klasiko” açıqlaması

15:41   ÇL-in favoritləri açıqlandı

15:17   İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02   ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43   Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38   “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21   “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44   “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25   “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48   Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24   “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00   “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21   AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00   “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az