(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

Necə olmalıydı ki? Sıradan məşqçi, potensialı zəif futbolçular, ən əsası, AFFA-nın dar düşüncəli rəhbərliyi ilə final mərhələsinə vəsiqə gözləyirdik?
 
Dünən 8-ci kilometr stadionunda qonaq idik. AFFA milləti futboldan elə iyrəndirib ki, artıq milli komandanı dəstəkləmək üçün oyunlara gedən də yoxdu. 550 oturacaq ayrılmalı olan qonaqlara bunun üçqatını, həm də ən yaxşı sektorları layiq bilən assosiasiya beləcə “istefa” şüarlarının da qarşısını aldı. Seçmə mərhələnin son ev oyununu keçirib missiyanı başa vurduq.
 
Heyət zəifdi, ustalıq səviyyəsi aşağıdı. Rəqabətin olmaması, qatarı çoxdan gedən oyunçulara güvənilməsi səbəbsiz deyil. 10-12 ildi başı pul dağıtmağa qarışan məmurlar uşaq futboluna diqqət yetirməyib, gənc kadrlar yetişdirməyib. Bu səbəbdən milli komandanın istənilən komanda qarşısında aciz qalması labüddü. Azərbaycan futbolunun tamamilə məhvini istəyiriksə, bu insanlara daha 3-4 il şans verməliyik, yox, həqiqətən ölkədə top oyununun inkişafını düşünürüksə, bütün AFFA rəhbərliyi il bitmədən rədd edilməlidi.
 
Təbii ki, heyət zəifdi, millinin potensialı aşağıdı. Lakin hətta indiki futbolçularla da dünən Uelsə qarşı layiqli mübarizə aparmaq, hətta xal almaq olardı. Bu oyunçuların əksəriyyətinin zəngin beynəlxalq təcrübəsi var, onların üstünlüklərindən istifadə etmək, komanda kimi birləşdirmək lazım idi. Nikola Yurçeviç adlı məxluq isə seçdiyi taktika ilə rəqibin uğuru üçün mümkün olanı etdi.
 
5 müdafiəçinin meydana buraxılması, orta sahənin rəqibə verilməsi qonaqların qapımıza yaxınlaşmasını asanlaşdırmağa xidmət edirdi. Uelsə lazım olsaydı, 5-6 qol da vura bilərdi, amma onlar qrupdakı sonuncu oyunlarını düşünüb, güclərinə qənaət etdilər. İlk yarıda 2 qol vurduqdan sonra qüvvələrini qorumağa, vaxt öldürməyə üstünlük verdilər.
 
Yurçeviç o qədər mənasız oyun sxemi seçmişdi ki, qol vurmaq üçün şansımız yox idi. Bir neçə futbolçunun fədakarlığı sayəsində bəzən rəqib qapıya yaxınlaşırdıq. Meydanda komanda yox, bəzi oyunçuların fərdi manevrləri diqqət çəkirsə, deməli, məşqçi işi yoxdu.
 
Ümumiyyətlə, Nikolanın təyinatı səhv idi. AFFA-nın baş katibi Elxan Məmmədov israrla xorvat məşqçinin üzərində dayandı, İcraiyyə Komitəsində təyinatı təsdiqlətdirdi. Guya ki, indiyədək heç bir uğuru olmayan bu adamın potensialı burada açılacaqdı, uğura ac olduğundan partlayış edəcəkdi. Təcrübə dovşanı kimi seçilən yığmamızın taleyi heç kimi düşündürmürdü.
 
Nəticə bəllidi. Yurçeviç seçmə mərhələdə ən az xal toplayan əcnəbi məşqçi kimi tarixə düşəcək, Slovakiya səfərindən sonra bu perspektiv reallığa çevriləcək. O zaman Elxan Məmmədov dar ağacına çəkilməlidi. Axı, sıradan birinə xalqın boğazından kəsilən 1 milyon avro niyə verilirdi? Yalnız xorvatlarla şübhəli Bakı heç-heçəsinə görə? SOCAR-ın pulunu dağıtmaqdansa, havaya sovurmaqdansa, qəpik-quruşa işləyən yerli məşqçilərə də şans vermək olardı. İnanın, o zaman nəticə indikindən daha yaxşı olacaqdı. Həmin pulu başqa layihələrə xərcləmək ən doğru addım idi.
 
Bundan pisi omayacaq. Milli komanda ölkə futbolunun güzgüsüdü. Və o güzgüdə çox eybəcər görsənirik.
 
FƏRİD

 
tarix: 17-11-2019 10:47


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az