(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

“Ötən oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan oyunçular meydana çıxmağa hazırdırlar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis optimist olduğunu vurğulayıb: "Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidir. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindir. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels - Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bugünkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də, hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

Məşqçi Azərbaycan yığmasında bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisinin oyununda müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq". (Report)

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


 
tarix: 18-11-2019 20:10


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az