(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Trnavada baş tutan mətbuat konfransında öncə bunları deyib:

“Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdir. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdir. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik"

53 yaşlı mütəxəssis komandadı debütantların meydanda olma ehtimalından da söz açıb: "Heyətdə dəyişiklik olacağı istisna deyil. Bəzi problemlərimiz var. Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadır. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri müəyyənliklər ortaya çıxır".

Xorvatiyalı məşqçi komandanın motivasiyası ilə bağlı bunları söyləyib: "Belə vəziyyətdə motivasiya olunmaq asan deyil. Rəqib bizə təzyiq edəcək. Biz vəziyyətin nə olmasından asılı olmayaraq Azərbaycan üçün oynayır. Matçın vacibliyini bilirlər. Qrupda cəmi bir xal qazandıq. Bizə müqayisədə rəqiblər daha güclüdür. Evdəki 1:5 hesablı məğlubiyyətdən sonra daha yaxşı nəticə qazanmaq istəyəcəklər".

Yurçeviç deyib ki, qarşılaşma rəqib üçün daha vacibdir: "Oyunçularımız daha sərbəst oynayacaqlar. Yalnız matçın sonunda biləcəyik ki, vəziyyətin belə olması komandaya nə dərəcədə təsir edib. Rəsmi olaraq iki oyundur ki, qol vura bilmirik. Amma Macarıstanla görüşdə hamı gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyində problemlər var. Ramil Şeydayev, Renat Dadaşov, Mirabdulla Abbasov klublarında müntəzəm oynamırlar. Amma onların qol vurmaq şansları var. Renat çox vacib oyunçudur. Onun imkanları var. Seçmə mərhələnin son matçıdır. Mənim isə müqaviləm fevrala qədərdir. Gələcəklə bağlı nəsə deyə bilmərəm".

Mütəxəssis deyib ki, Slovakiya ilə böyük komandaya qarşı xal və xallar qazanmaq əhəmiyyətlidir: "Xorvatiya ilə görüşdəki nəticəni təkrarlamaq olar. İnansan hər şey edə bilərik".

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


 
tarix: 18-11-2019 22:37


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az