(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Mxitaryan yenə ara qarışdırır

Mxitaryan yenə ara qarışdırır

Futbol üzrə Ermənistan yığmasının yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda baş tutan sonuncu finalında iştirak edə bilməməsindən danışıb.

Futbolinfo.az xəbər verir ki, müqavilə ilə London “Arsenal”ına məxsus olan, hazırda icarə əsasında “Roma”da çıxış edən 30 yaşlı futbolçu “Four Four Two”ya müsahibəsində Azərbaycana səfər edə bilməməsinə görə UEFA-nı günahlandırıb:

“Bu, birinci dəfə deyildi ki, mənim klubum Azərbaycan komandalarına qarşı oynayırdı. Dortmund "Borussiya"sında çıxış edəndə "Qəbələ" ilə qarşılaşmalı olduq, "Arsenal"la da "Qarabağ"la. Bu oyunlarda iştirak etmək üçün mənə heç vaxt Azərbaycandan icazə verilməyib. Necə deyə bilərlər ki, Avroliqa finalına icazəm var idi? Amma mən bu barədə danışmağı sevmirəm, çünki çox şeylər var ki, insanlar başa düşməz. Mənə çox ağrılıdı ki, futbol oynaya bilmirəm".

Erməni futbolçunun iddiasına görə, UEFA həmin vaxt final matçının yerini dəyişməli imiş: “Belə vəziyyətdə mənə ən yaxşı kömək finalın yerinin dəyişdirilməsi olardi. Komanda və ya futbolçuyla bağlı siyasi münasibətlər yerində deyilsə, ən yaxşısı oyunu keçirməməkdi. Bəzi insanların bunu düşünməməsinə görə mən həyatımın ən vacib anlarından birini itirdim".

Xatırladaq ki, həmin vaxt Azərbaycan tərəfi hər cür təhlükəsizlik təminatını verməsinə baxmayaraq, Mxitaryan Bakıya gəlməkdən imtina etmişdi. İndi isə o, əsl erməni xislətini ortaya qoyaraq hətta UEFA-nın bir futbolçuya görə belə bir məsul qarşılaşmanın yerini dəyişməli olduğunu iddia edir. Mxitaryanın bu hadisədən aylar sonra yenə bu məsələni dünya mediasında qabartması isə səbəbsiz deyil. Məsələ burasındadı ki, qarşıdan Avropa çempionatı gəlir. AÇ-2020-nin bir neçə oyunu da Bakıda keçiriləcək. Mənfur düşmənlərimizin ən böyük “silahlarından” olan Mxitaryan da mətbuatda belə fikirlər səsləndirməklə əslində antitəbliğatla məşğuldu və qitə birinciliyinin bir neçə matçının ölkəmizdə təşkilinə kölgə salmağa çalışır.


 
tarix: 19-11-2019 13:40


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az