qaynar xətt
“Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”
“Qəbələ”nin mərkəz müdafiəçisi İvitsa Zuniçin futbolinfo.az-a müsahibəsi:
- Son matçda “Səbail” üzərində qələbə qazandınız. 3:0 hesablı qalibiyyət haqqında fikirləriniz necədi?
- Bu matçda qələbə qazanacağımıza çox inanırdıq. Biz əvvəlki oyunlara baxdıq və düşündük ki, əlimizə düşən şansları qola çevirə bilsək, qalibiyyət əldə edəcəyik. Buna görə də “Səbail”lə matçı ilk dəqiqədən son dəqiqəyə qədər eyni tepmdə oynamaq və qol vurmaq lazımdı. Bu qələbə bizim üçün çox vacib idi. Davam etmək lazımdı, belə oynamaq üçün əlimizdən gələni edəcəyik.
- Məncə, azarkeşlər və media ilə birlikdə siz də belə nəticə gözləmirdiniz?
- Bizim tək məqsədimiz var ki, meydandan hər zaman 3 xalla ayrılaq. Bəlkə kimsə inanmaya bilər, amma komandamızın gücünə inanırıq. Bu cür davam etmək lazımdı, birləşib daha güclü oynamalıyıq.
- Gələcəkdəki matçlara necə təsir edəcək?
- Bütün qələbələr qarşıdakı oyunlara daha yaxşı motivasiya olmağa kömək edir. Bu cür davam edəcəyimizə çox inanıram və ümid edirəm. Qarşıya baxmaq lazımdı. 3:0 hesbalı qalibiyyəti unutmaq lazımdı.
- “Qəbələ” bu mövsüm daha çox zədəliləri ilə də gündəmə gəldi. Sənin ciddi zədəndən sonra, Rasim Ramaldanov da sıradan çıxdı…
- Bütün mövsüm boyu belə şeylər başımıza gələ bilər. Uzun bir marafonda çıxış edirik. Başqa futbolçular da zədə ala bilər. Bu istənilən komandada baş verir. Ona görə hər zaman gözləmək lazımdı.
- Hər iki zədə mərkəz müdafiəçilərinin başına gəlib. Bunu bəxtsizlik adlandırmaq olar?
- Hər kəs sağlam olsa, daha yaxşı nəticələr qazana bilərdik. Daha yaxşı oyunlarımız olardı.
- Rasim Ramaldanov, Amin Seydiyev və Sadiq Quliyevlə tandem təşkil etmək sənin üçün rahatdı?
- Düzdü, futbolda bəzən daha yaxşı anlaşdığın futbolçu olur. Lakin bizim komandada məqşçi kimə şans verirsə, o da əlindən gələnin ən yaxşısını etməyə çalışır.
- Qarşıda sizi daha ağır oyun gözləyir. “Neftçi” ilə qarşılaşmaya hazırsız?
- Hazırıq. Bizim üçün bütün oyunlar önəmlidi. Bir məqsədimiz var - meydana çıxıb qalib gəlmək.
FƏRİD
13:02 80-ci qələbə
12:48 “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”
12:32 İsveçrə millisi Bakı proqramını açıqladı
12:15 “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi
12:00 “Traktor”da növbəti ayrılıq
11:46 Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO
11:33 APOEL Tomas Dollu istefaya göndərdi
11:16 Öncə Qurbanov, sonra Krasson
11:00 Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu
10:40 36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə
10:20 “Barselona” Milana Messisiz yollandı
10:01 Elxan Məmmədovun “şişirtdiyi” gündəlik
09:44 “Traktor” Təbriz derbisindən məğlub ayrıldı
09:30 Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi
09:15 Avro-2020 üçün 40 çarter reysi bron edilib
09:00 Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq
01:57 “Arsenal”dan əzmkar qələbə
23:02 Autsayder doğma meydanda sevindi
18:56 “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb
18:34 Uels yığmasının nümayəndələri Bakıda
18:00 120 illik rekord təkrarlandı
17:46 “Neftçi” yeni sponsorla müqavilə bağlayır
17:30 Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi
17:07 Ayaz Quliyev “Spartak”dan ayrılır?
16:35 “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın
16:26 İngiltərə yığmasına daha bir rəqib
15:40 Premyer Liqada 150-ci qol
15:16 Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!
14:43 98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər
14:23 “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya
14:00 Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu
13:38 İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”
13:09 Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı
12:38 Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif
12:10 “Səbail”i məyus edən 100-cü qol
11:54 550-ci səfər qolu
11:42 “Qarabağ”ın legioneri 100-ə çatdı
11:31 2-ci dövrənin ən yaxşısı məlum oldu
11:20 Əliyar Ağayev İsrailə yollanır
11:03 İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan
10:51 Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı
10:32 Bordini tarixə salan səbəb
10:17 La Liqada yeni rekordçu
10:01 Roxas “Sabah”da qalacağına ümid edir
09:47 Ufuk Budak üçün 90 dəqiqə və 3 xal
09:31 Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü