(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Eranın sonu üçün... ilk müraciət

Eranın sonu üçün... ilk müraciət

AFFA Həmkarlar İttifaqı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıb. Onlar baş katib Elxan Məmmədovun əməllərindən, özbaşnalığından gileylənib.
 
“Kimdən kimə” deyib, uğunmaq istəyirsən, amma yadında düşəndə ki, ilk addım üçün bu, qəbulolunandı, razılaşırsan. Yəqin ki, növbəti müraciət dövlət başçısına ünvanlanar. Çünki Məmmədovun hamiləri onu Abdullayevin gücünün çatmayacağı qədər böyüdüb, qoruyurlar. Hətta futbolun ağası da elə Elxandı.
 
Və bu ağanın indi son nəfəsidi. Veteranlar ayağa qalxıbsa, deməli, ciddi dəyişikliyə ehtiyac var. Onların müraciəti millinin Slovakiya ilə oyun günü ortaya çıxarması da təsadüf ola bilməz. Bir eranın sonu çatıb. Futbol təsərrüfatımız dəyişikliklərin astanasındadı. Bu dalğanın kimləri ağuşuna alacağını bilmirik, lakin ilk cərgədə bütün bəlalarımızın səbəbkarı olan Məmmədovun dayandığı bəllidi.
 
Baş katib pis kadr deyil. Şişirdildiyi qədər savadlı, ağıllı, bacarıqlı da sayılmamalıdı, sadəcə, hiyləgərdi, dünyanın gəliş-gedişindən baş çıxarır, icraçılığı da normaldı. Gəl ki, futbol onluq deyil, 12 ildə hər şeyi üzünə-gözünə bulaşdırdı, futbolu uçuruma apardı, milyonların havaya sovrulmasına səbəbkar oldu. Günah payını “yuxarı”dakılar müəyyənləşdirəcək – pulları təkbaşına dağıdıbsa, dəmir barmaqlıqlar arxasına yollanacaq, hamilərini, şəriklərini də yedirdibsə, onların sayəsində qorunacaq, futboldan atılacaq, başqa sahədə kök salacaq.
 
İstənilən halda, Məmmədov erası bitir. Yəqin ki, universitetlərdən birinə vəzifəyə, bəlkə də hansısa ölkəyə səfir göndəriləcək. Abdullayevi də özüylə aparıb-aparmadığını futbol təsərrüfatına gəlmək istəyənlərin gücü həll edəcək. Veteranlar başda olmaqla, futbol ictimaiyyəti son zərbəni vurmaq üçün qollarını çırmadı. Dövlət səviyyəsində aparılan islahatların futbola da sirayət etməsinin zamanıdı.
 
FƏRİD

 
tarix: 20-11-2019 09:00


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az