(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

“Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

“Digər oyunun nəticəsini sonradan öyrəndik. Qarşılaşmanın gedişində artıq vəziyyətin ürəkaçan olmadığını hiss edirdim. Çünki bərabərlik olsaydı, tribunalardakı insanlarda xoşbəxtlik görünərdi”. 

Futbolinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka deyib.

25 yaşlı futbolçu AÇ-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycan millisi ilə keçirilən oyundan sonra yerli mətbuata açıqlama verib. Lobotka qrupun digər qarşılaşmasında Uelsin Macarıstan üzərində qələbəsinə (2:0) təəssüfləndiklərini etiraf edib: "Uelsdəki oyun heç-heçə nəticələnsəydi, tribunalardakı insanlar xoşbəxt olardı. Hər qələbə gözəldi. Ancaq indi bu bir işə yaramadı. Təəssüf ki, paralel keçən görüşün nəticəsinə təsir edə bilmədik. Ancaq yenə də pley-offda bunu bacaracağımıza inanıram".

"Selta"nın oyunçusu millimizi də dəyərləndirib. O, komandamızın zəif olmadığını düşünür: "Birinci hissəni yaxşı keçirdik. Ancaq fasilədən sonra Azərbaycan daha çox oynamağa başladı. Bir təhlükəli hücumları da oldu, az qala hesabı bərabərləşdirəcəkdilər. Əsas məsələ topu itirməmək idi. Amma ikinci hissədə bir qədər irəlilədikdən sonra onu itirirdik. Bu, bizi çox yordu. Axı azərbaycanlı futbolçularının da özlərinə görə keyfiyyətləri var idi. Xorvatlardan boş yerə xal almayıblar. Həmçinin Macarıstan və Uelsə də səfərdə işgəncə vermişdilər. Azərbaycan hörmətə layiq komandadı".

Qeyd edək ki, yığmamızın yer aldığı E qrupundan Xorvatiya və Uels Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.


 
tarix: 20-11-2019 13:43


 
Xəbər lenti
11.12.2019

10:30   Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00   “Liverpul” bunu 11 il sonra bacardı

09:30   Fransa yığmasında Deşamla yeni müqavilə

09:00   UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az