(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Boz binada futbol cinayəti

Boz binada futbol cinayəti

AFFA-da köklü islahatların vaxtı indi çatmayıb. Vaxt dediyimiz əleyhimizə işləyir artıq. İllərdi futbolumuzun  başına qara torba salıb, uçurumdan aşağı itələyənlərin bacarıqsızlığının, qeyri - peşəkarlığının ilk dəfə deyil ki, şahidi oluruq. Hər dəfə "islahatlar olmalıdı” deyəndə məşqçi dəyişirlər. Nə vaxtadək?  Çıxış yolu budurmu?

Baş katib Elxan Məmmədov son müsahibələrində mətbuatdakı haqsız tənqidlərlə üzləşdiyini deyib. Haqlı "qamçılar”la hesablaşdığını da dilə gətirən adamın nəyi haqsız adlandırdığını, hansı haqdan danışdığını anlamaq bir qədər çətin oldu.
Ona görə də öz haqqımızdan istifadə edib bir daha futbolsevərlərin haqqını xatırlatmağı özümüzə borc bildik.  

Biz Millimizin finallar oynamasını, Dünya, Avropa çempionlarından xal almasını tələb etmirik. Sadəcə, inkişafın seziləcək həddə çatmasını istəyirik.

25 il geri düşən futbolu dirçəltmək üçün daha neçə illər lazım olacaq? 

"Azərbaycan futbol ölkəsi deyil" kimi "mazollaşmış"  bəhanələr bezdirib. 

Ən uyğun dönəm - iqtisadi inkişaf dövrü, stabillik, infrastrukturun müqayisəolunmaz dərəcədə yaxşılaşması və dövlətin birbaşa futbolun inkişafında marağı, dövlət proqramının qəbulu kimi illər vardı.  Daha nə lazım idi? İş görmək. Bundan yaxşı şərait, bundan yaxşı zaman?  

Əvəzində AFFA  məlum Berlin layihəsinə milyonlar xərcləyəndə Tovuzda akademiyanın inşası mümkün deyildimi? Bunun üçün 10-12 ildə 100 milyonların havaya sovrulması lazım idimi? Axı bu vəsait AFFA-nın deyil, dövlətin, xalqındır. Razılaşmayanlar varsa, Berlin "akademiyası"ndan bir ortabab futbolçu adı çəksinlər. 

Mənasız piar kampaniyaları ilə "Mançester Yunayted" məktəblərinin açılması, bağlanması və s. Kimlər yetişdi? 

Bölgələrdə istedadlar şəraitsizlikdən imdad edir. Son 12  ildə Azərbaycan futboluna kimlər xeyir veribsə, hamısı "vurulub". İstər klublar olsun, istərsə ayrı-ayrılıqda mütəxəssislər.

Son 12  ildə "Azərbaycanlı futbol oynaya bilmir" adı altında 100-dən çox nəsli-kökü bilinməyən, Azərbaycana heç bir bağlılığı olmayan əcnəbi futbolçular gətirilib,  pasportumuz verilib. Heç kim də bu özbaşınalığa görə  məsuliyyət daşımır. Sanki, belə də olmalıdır. 

Necə ola bilər, vaxtilə daha ağır şəraitdə, sovet rejimində Ələkbər Məmmədov, Anatoli Banişevski yetişirdi,  80-cı illərdə İqor Ponamaryov, Arif Əsədov, Vladislav Qədirov, Tərlan Əhmədovun timsalında olimpiya, yeniyetmə, gənclər arasında dünya və Avropa çempionlarımız üzə çıxırdı, Yunis Hüseynov, Nazim Süleymanov, Vidadi Rzayev kimi futbolçular var idi, indi yox? 

Daha əvvələ getsək, Sergey Kramarenko, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Isgəndər Cavadov, Maşallah Əhmədov...  Bir deyil, iki deyil, saymaqla bitməz. 

Məgər problem Azərbaycanda istedadların olmaması, bu xalqın futbol oynamağı öyrənə bilməməsidir? Əsla… Ana maneə yarıtmaz futbol idarəçiliyidir.

Kağız üzərində 150 mindən çox futbolçu qeydiyyatdan keçib. Hər dəfə assosiasiyadakı idman qanqsterləri bunu bəh-bəhlə bəyan edir. Hər ay isə uşaq liqalarında texniki məğlubiyyətlər "göz oxşayır”. Səviyyə, inkişaf qalsın bir yana, yerli uşaq  komandaları yetərsay olmadığına görə meydana çıxa bilmirlər. Təsəvvür edin, dedikləri rəqəmlərə inansaq, deməli, hər həyətdə yüzlərlə futbol oynayan uşaqlar var… Belədə komandalar niyə meydana çıxarmağa uşaq tapmır?

Bunun adı futbol cinayəti, futbol genefondunun məhv edilməsidir.  Belə çıxır ki, 150 min "futbolçu" arasından 8 komandalı "Bakı birinciliyi"nə, milli komandalara oyunçu gəlmir. Gəlmirsə hara gedir? Ya gələ bilmirsə, futbol oynayanların sayıyla bağlı yalanın ictimaiyyətə açıqlanması hansı məntiqə sığır?100 milyonların xərcləndiyi ölkə futbolunda real durum göz qabağındadır. 

Köklü islahatlar aparılmasa, dönüş yaradılmasa təəssüf ki, belə də davam edəcək.

Belə...

Əli Sahib, fanat.az


 
tarix: 20-11-2019 14:00


 
Xəbər lenti
10.12.2019

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az