(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

“Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

AÇ-2020-nin seçmə mərhələsinin son oyununda Azərbaycan millisini qəbul edən Slovakiya yığması 2:0 hesablı qələbəyə baxmayaraq, Avropa çempionatına vəsiqə qazana bilməyib.

Futbolinfo.az xəbər verir ki, yerli mətbuata geniş müsahibə verən baş məşqçi Pavel Hapal komandasının bu turnirdəki çıxışını dəyərləndirib.

50 yaşlı mütəxəssis millimizlə son oyun barədə də danışıb.

- Qələbə qazansanız da, sizə uğur gətirməyən matçı necə dəyərləndirirsiniz?
- Oyuna yaxşı qoşulduq, ilk hissəni üstün keçirdik. Azərbaycanın daha sıx oynayacağını, müdafiədə qalacağını, fasilələrlə hücuma çıxacağını və standart vəziyyətləri gözləyəcəyini bilirdik. Bizi rahatladan qolu vurduq. Ancaq fikrimcə, həmin top komandanı həddən artıq sakitləşdirdi. İkinci hissənin əvvəli heç də ideal deyildi. Yəqin ki, Uelsdən gələn xəbər bunda rol oynadı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Azərbaycan bərabərlik topu üçün böyük şans yaxalasa da, ikinci qolu da biz vurduq. Həmişə demişəm ki, nisbətən zəif rəqiblə oynasan belə, onlar yenə də bir qol şansı qazanacaq. Azərbaycan da bunu etdi. Dubravka komandamızı qurtardı və müsbət nəticənin əsas səbəbkarı oldu. Qələbə vacib idi. Seçmə mərhələyə azarkeşlərimizin önündə qalibiyyətlə yekun vurduq. Qrup ikinciliyini əldə edə bilmədiyimiz üçün məyusuq.

- Seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazana bilmədiniz. İndi pley-offda mübarizə aparacaqsınız. Orda uğur qazanmaq üçün nəyi inkişaf etdirməlisiniz?
- Kollektiv şəklində güclü idik. Bu, rəqiblə də bağlıdı. Nəticə rəqib üçün qəbulolunandısa, müqavimət göstərə bilər. Azərbaycan da 0:1 hesabı ilə geridə olduğu üçün çox açıq futbol oynamadı. Sona qədər mübarizə aparmağa çalışdıq, amma yüz faizlik şans yaratmadıq. 2:0-ı daha tez reallaşdırsaydıq, başqa cür ola bilərdi. Bu problemləri yoluna qoymalıyıq. Mən təkcə Azərbaycanla görüşü nəzərdə tutmuram. Əgər bir yerlərə yüksəlmək istəyiriksə, güclülərlə də hesablaşmağı bacarmalıyıq.

- Matçın ikinci hissəsində azarkeşlər komandanı fitə basmağa başladılar. Bunu texniki zonadan necə qarşıladınız?
- Əlbəttə, 3:0 və ya 4:0 hesabı ilə qalib gəlməyəndə insanlar əsəbi olur. Təəssüf ki, seçmə mərhələdən şansımızı itirdik. Qələbə qazansaq da, azarkeşlərin bu hərəkətini başa düşürəm. İnsanları şənləndirməyə və həvəsləndirməyə üstünlük verərdim. Hamı düşünürdü ki, Azərbaycan gələcək, ona 5 qol vuracağıq və xoşbəxt olacağıq. Təəssüf ki, belə deyil. Onların oyunlarına diqqət yetirmisinizsə, səfərdə çox qol buraxmadıqlarını görmüsünüz. Hətta Xorvatiya belə, Azərbaycan önündə çətinlik çəkib. (matc.az)


 
tarix: 20-11-2019 17:42


 
Xəbər lenti
11.12.2019

10:30   Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00   “Liverpul” bunu 11 il sonra bacardı

09:30   Fransa yığmasında Deşamla yeni müqavilə

09:00   UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az