(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Xayme Romero: “Enişin olması normaldı”

Xayme Romero: “Enişin olması normaldı”

“Qarabağ”ın ispan yarımmüdafiəçisi Xayme Romero futbolinfo.az saytına müsahibə verib. O, zədədən sonrakı vəziyyətindən, komandanın son oyunlardakı uğursuz çıxışından danışıb:

- Zədələndikdən sonra yalnız son tura meydana çıxdın. Özünü necə hiss edirsən və artıq tam əvvəlki vəziyyətinə qayıtmısan?
- Özümü indi yaxşı hiss edirəm. Doğrudur, zədədən sonra əvvəlki formaya qayıtmaq çətin olur. Bunun üçün əziyyət çəkməlisən və zaman da lazımdır. Lakin indi özümü əla hiss edirəm və zədədən əvvəlki vəziyyətimdəyəm.

- Qarşıda çempionat oyunu var. “Sumqayıtla” matça hazırsız?
- Özümü yaxşı hiss edirəm. Matça hazırıq və mən də oynamaq istəyirəm. Matç saatını gözləyirəm.

- Son iki qarşılaşmada xal itirmisiz. Bunu nə ilə əlaqələndirə bilərsən?
- Komanda iyun ayından bir yerdədir. Neçə aylardır ki, oynayırıq. Enişin olması komandada normaldı. İstənilən komandada bu hal baş verə bilər. Bir də elədir ki, sən bir rəqiblə bir neçə dəfə qarşılaşanda artıq sənin oyun tərzini anlayırlar və buna alışırlar. Necə qarşımızı almağın yollarını axtarırlar və belə olanda qol vurmaq çətin olur.

- Çox oyun keçirmək sizi yormayıb?
- Yox elə düşünmürəm. Sadəcə, dediyim kimi, artıq komanda uzun müddətdir ki, bir yerdədir və bəzən elə olur özünü normal formada hiss etmirsən. Qeyd etməliyik ki, rəqiblər də yavaş-yavaş daha yaxşı çıxış edir, mübarizə aparır. Ona görə də yorğunluq olduğunu düşünmürəm və komanda yoldaşlarımı həvəslidirlər.

- Çempionat davam etsə də, hər kəsin diqqəti Avropa Liqasına yönəlib. Hamı “Qarabağ”dan möcüzə gözləyir...
- Futbolda hər şey mümkündür. Sevilyaya yalnız qələbə qazanmaq düşüncəsi ilə yollanmaq lazımdır. Biz də bu fikirlə səfərə yollanacağıq. Ümid edirəm ki, bizdə alınacaq və sona  qədər şansımızı saxlayacağıq.

- “Sevilya” üzərində qələbə qazanmaq mümkündürmü? Necə düşünürsən bunu etmək üçün sizə nə lazımdır?
- Öncə nizam-intizamlı futbol oynamalıyıq. Yaxşı futbol oynamalıyıq. Qol ümidimizi əks-hücumlarda axtarmalıyıq. İnanıram ki, qol və ya qollar vurub 3 xalı əldə edəcəyik.

- Artıq İspan klubu növbəti mərhələyə vəsiqə əldə edib. Bu sizə kömək olacaqmı?
- “Sevilya” üçün növbəti mərhələyə vəsiqə qazanıb və ya qazanmamamağın bir önəmi yoxdur. Oyunlarda bunu hiss etmək olmur. Onların heyəti çox genişdir və bəzən şans qazanmayan oyunçular oynayır. Lakin onlar da özlərini sübut etmək var gücü ilə mübarizə aparırlar. Asan olmayacaq. İstənilən halda çətin matç keçəcək.

- APOEL-lə matçların yalnız ikincisində az müddət meydanda oldun…
- İlk matçda heç meydana çıxmadım. Çünki zədəm sağalmamışdı. İkinci oyunda sonradan oyuna daxil oldum. Lakin zədəmi sağaltsam da, formada deyildim. Mən oynasam da, komanda yoldaşlarım işlərinin öhdəsindən yaxşı gəldilər. Hər kəs əlindən gələni etdi.

- Səncə, “Qarabağ” bu 2 vacib oyunda niyə qələbə qazana bilmədi. Zədəlilərin olması buna təsir etdimi?
- İstər Çempionlar Liqasının 3-cü mərhələsində, istərsə də, qrupda APOEL-lə matçlarda üstün tərəf biz idik. Belə düşünürəm ki, biz daha yaxşı oynadıq. Daha çox üzüldüyümüz məqam Kiprdəki matçla bağlıdır. Standart vəziyyətdən buraxdığımız qollar bizi çətin duruma saldı. Bu matçlarda daha yaxşı çıxış edib müsbət nəticə əldə edə bilmədik. Yekun nəticə üzücü idi. Hazırki vəziyyət APOEL-in xeyrinədir və bu yaxşı hal deyil.

FƏRİD


 
tarix: 21-11-2019 10:15


 
Xəbər lenti
12.12.2019

23:45   “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi

20:41   Çempionlar Liqasında yeni rekord

19:19   “Bavariya” ÇL-də ilkə imza atdı

18:33   İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16   ÇL-də son turun rəmzi komandası - FOTO

17:53   Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37   “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15   “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03   Millimizin sabiq futbolçusu həbs edildi

16:19   Buffon ÇL-də 2-ci oldu

16:05   Messidən “el klasiko” açıqlaması

15:41   ÇL-in favoritləri açıqlandı

15:17   İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02   ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43   Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38   “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21   “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44   “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25   “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48   Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24   “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00   “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21   AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00   “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az