(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

“Səbail”in qapıçısı Aleksandr Rıbka bu mövsüm komandaya fayda verməyib. Ciddi zədə alan futbolçuyarım ilə yaxındı “çərçivə”ni qorumur. Artıq hər şey geridə qalıb və ukraynalı oynamağa hazırdı. Kamal Bayramovun səhvlərindən xeyli vacib xallar itirən “dənizçilər” bu tur “Sabah”la oyunda onun dönüşüylə dönüş yaratmaq istəyir.
 
7 oyundu qələbəyə həsrət olan “Səbail”in bu durumu Rıbkanı da narahat edir. O, futbolinfo.az saytına açıqlamasında elə buməsələlərdən danışıb.
 
- Qəbələ” ilə oyundakı məğlubiyyəti gözləyirdiniz?
- O məğlubiyyət çox gözlənilməz oldu. Bir həftə ərzində matça hazırlaşmışdıq. Lakin alınmadı və böyük hesabla uduzduq. Qarşılaşmadan sonra çox kədərli idik. Səhvlərə bir də baxdıq, müzakirələr apardıq. Nəticə çıxarmağa çalışdıq.
 
- Zədədən sonra özünü tam hazır hiss edirsən?
- Əlbəttə. Tam hazır vəziyyətdəyəm və bir yoxlama görüşünə də çıxmışam. Qərar baş məşqçinin olacaq.
 
- “Səbail” mövsümə necə yaxşı başlamışdısa, indi bir o qədər pis vəziyyətdədir...
- Mövsüm əla başladıq, 5 oyuna 10 xal yığmışdıq. Gözləyirdik ki, belə də davam edəcəyik. Lakin sonradan nə baş verdisə, komandada geriləmə oldu. Bunun səbəbini bilmirəm. Hər halda, daha çox çalışmaq lazımdı.
 
- Maliyyə problemlərinə görə bir çox legioner klubdan ayrıldı. Sən niyə getmədin?
- Düşünürəm ki, problemlər çox ciddi deyil. Düzdü, bu barədə danışmaq mənim işim deyil. Çünki büdcəni rəhbərlik təyin edir. Onlara bu haqda sual versəniz, yaxşı olar. Maaşlarda gecikmələr var, amma katastrofik həddə deyil.
 
- Yuxarı pillələrə qayıtmaq üçün nə lazımdı?
- Bunun üzərində çalışırıq. Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik.
 
- “Sabah”la matça hazırsız?
- Hazırıq. 100 faiz gücümüzlə meydana çıxacağıq. Düşünürəm ki, məşqçi şans versə, mən də komandama kömək edəcəm. Situasiyanı dəyişmək üçün çalışacağıq.
 
- Müqavilən nə zaman bitir? Burda qalmaq istəyirsən?
- 1,5 illik müqaviləm qalır. Burda qalmaq və komandama kömək etmək istəyirəm.
 
FƏRİD

 
tarix: 22-11-2019 15:44


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az