(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 12-ci turunda "Qarabağ"la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Abbasov 2:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

-  Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. "Qarabağ" çempionatımızın lideri idi. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissədə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq.

- Son oyunlarda geri düşürsüz, ancaq məğlub olmursuz. Bu komandanın xarakteri ilə bağlıdı, yoxsa fiziki hazırlıqla?
- Premyer Liqada bütün komandaların fiziki hazırlığı hardasa eynidi. Əsas psixoloji məqamdı. Bizi sevindirən odu ki, geri düşsək də, məğlub olmuruq, sona qədər mübarizə aparırıq.

- "Qarabağ" sizə nədə uduzdu?
- Fasilədən sonra bir əvəzetmə etdik. Səbuhi Allahverdizadəni meydana buraxdıq. İlk hissədə yarımmüdafiədə aqressiya çatışmırdı. Bir az da taktiki dəyişiklik etdik. Bu oyunu gözləyirdik. "Qarabağ" topa sahib olan komandadı. Topa sahib olan zaman itki baş verəndə boşluqlar olur. Futbolçular çalışdığımızı meydanda göstərdilər.

- Peyman Babayi qol vursa da, stabil oynamır. Bu, nədən irəli gəlir? 
- Peyman gələndən çox fərqlidi. Onda perspektiv görmüşük. Əvvəl çatışmazlıqları çox idi. İndi taktiki cəhətdən düz oynayır. Qol imkanlarını dəyərləndirə bilməmək hər futbolçuda olur. İki hücumçumuz bombardirlər siyahısında yer alıb. Bu, sevindirici haldı. (komanda.az)


 
tarix: 22-11-2019 21:33


 
Xəbər lenti
12.12.2019

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az