(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Sakit, soyuq başla Elxan Məmmədova 6 xatırlatma

Sakit, soyuq başla Elxan Məmmədova 6 xatırlatma

AFFA-nın baş katibi Elxan Məmmədovun “CBC Sport”da qonaq olduğu verilişdə dilə gətirdiklərindən gün kimi aydın olan bir şey var idi: bu adam futbola, xüsusən də, Azərbaycan futboluna faydalı olduğuna əmindir. Sitat:

“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir… İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəm”.

İroniyanı, sarkazmı, hirsi, məyusluğu, hər şeyi bir kənara buraxaq və sakitcə aydınlaşdırmağa çalışaq. Aydınlaşdıraq, Elxan Məmmədov Azərbaycan futboluna nə verib? Elxan Məmmədov Azərbaycan futbolundan nə alıb?

1. Nə qədər çeynənmiş mövzu da olsa, ilk “gözə girən” Azərbaycan Premyer Liqasıdır. Məmmədovun AFFA-da söz sahibi olduğu 15 ildə Premyer Liqanın səviyyəsi düşə biləcəyi ən aşağı həddə düşüb. Nə mərhum Fuad Musayevin, nə də Ramiz Mirzəyevin dövründə yüksək liqada 8 komanda olmayıb. Mən bildiyim qədəriylə heç 10 komanda da olmayıb. 12, 14, 16, 18…

2. Azərbaycan çempionatı heç vaxt indi olduğu kimi paytaxt çempionatına çevrilməyib. Bu gün Azərbaycan Premyer Liqasında bölgə komandası adına təkcə “Qəbələ” varsa, Fuad Musayevin, Ramiz Mirzəyevin dövründə Gəncə, Tovuz, Şəmkir, Masallı, Lənkəran, Quba, ara-sıra Naxçıvan və başqa rayonlar yüksək liqada klubla təmsil olunub. Azərbaycanın futbol üzrə yüksək liqası heç vaxt, bir daha yazıram, heç vaxt indi olduğu kimi Bakı çempionatına çevrilməyib!

3. Azərbaycan futbolu tarixində klubların AFFA-dan maliyyələşməsi, federasiyadan idarə olunması prosesi də Elxan Məmmədovun baş katibliyi dövründə olub. Qoy, AFFA-nın mərhum prezidenti Fuad Musayevə qarşı müxalifətdə olub mübarizə aparmış Tahir Süleymanov desin, əvvəlki tarixdə belə bir şey olubmu? Yeganə istisna “Şəfa” klubu ola bilər ki, o da Musayevin dövründə milli komandaların baza rolunu oynamaq məqsədiylə yaradılmışdı. Ramiz Mirzəyevin dövründə isə “Turan”ın AFFA-ya yaxın olması haqda sadəcə iddialar var idi və bu, az qala böyük skandal həddinə çatmışdı, AFFA rəhbərliyi buna görə hər gün söyülürdü. İndi isə “Neftçi”, “Səbail”, “Keşlə”, “Sumqayıt” Elxan Məmmədovun baş katibi olduğu federasiyadan asılıdır. Bunu heç gizlətmirlər də. Birinci diviziondakı komandaların isə az qala hamısı AFFA-dan asılıdır, ordan maliyyələşir.

4. Elxan Məmmədovun söz sahibi olduğu federasiyanın birbaşa məsuliyyət daşıdığı milli komandalar… Hörmətli baş katib buyursun, 15 ildə hansısa milli komandanın hansısa uğurunun olduğunu desin. Berti Foqtsla havaya sovrulan, ömrümüzdən çalınan 6 il, Robert Prosineçkili milli komandanın Şimali İrlandiyaya 0:4 hesablı rüsvayçı məğlubiyyəti, Qurban Qurbanovlu yığmanın Millətlər Liqasından “döyülərək” qovulması… Hansını deyəsən? Nəticə nə olub? Məyər, Fuad Musayevin və Ramiz Mirzəyevin dövründə də eyni şeylər baş vermirdi? Onda da indiki kimi uduzmurduq? Elxan Məmmədov niyə elə hesab edir ki, onun milli komandaları daha yaxşı, daha baxımlı, daha şirin uduzur? Məğlubiyyətin ikinci adı olmur, cənab baş katib. Etiraf edin ki, siz 15 il ərzində Azərbaycan milli komandalarının inkişafına nail olmaq əvəzinə, daha da geriyə salmısız. Qoy, stajlı futbol adamları, azarkeşlər desin, Fuad Musayevli “peraşki dövründə” milli komandadakı ruh indikindən daha yaxşı deyildimi? Onda da uduzurduq, indi də uduzuruq, fərq ondadır ki, indi ruhumuz ölüb…

5. Elxan Məmmədov Azərbaycan futboluna verdikləri haqda xəyala dalarkən, yəqin Bakı Olimpiya Stadionunun tikilməsini də öz adına yazır. Bakı Olimpiya Stadionu heç kimin pulunun hesabına tikilməyib. Bu stadion xalqın – neftin puluna inşa olunub. Bakı Olimpiya Stadionu maddi və mənəvi olaraq nə Azərbaycan hakimiyyətinə, nə də Elxan Məmmədova məxsusdur. Stadion neftin pulları hesabına tikilib. Neftdə isə hər bir azərbaycanlının haqqı var. İndi isə başqa bir nümunə. “Keşlə” klubunun bu gün ev oyunlarını keçirdiyi “ASK Arena”nın kimin puluna tikildiyini xatırlatmağa ehtiyac varmı? Mərhum Fuad Musayevin dövündə inşa olunub və UEFA-nın ayırdığı pulların hesabına! Xalqın cibinə girərək yox, UEFA-nın hesabına! Hörmətli baş katib, bəs dağımış, dağılmaqda olan stadionları kimin vicdanına yazaq? Şəmkirdə, İmişlidə, Yevlaxda, Masallıdakı stadionların nə vəziyyətdə olduğunu bilirsiz?

6. Nəhayət, sizin dövrünüzdə yetişən, Avropada ortabab klubda oynaya biləcək tək bircə futbolçunun adını çəkin, Elxan bəy. Ukraynada Kiyev “Dinamo”suna, “Şaxtyor”a qarşı oyun göstərən Samir Əliyev, Kamal Quliyev, Rusiyada karyerası olmuş Emin Quliyev, Türkiyədə yetərincə uğurlu olmuş Rəşad Sadıqov səviyyəsində bir futbolçu yetişdirə bildizmi? Neçə ildir neftin pullarını xərcələməkdən (və ya silməkdən) doymadığınız, bildiyimə görə, özünüzün uğurlu layihələrinizdən saydığınız “Sumqayıt”dan bircə nəfər normal səviyyədə futbolçu çıxıbmı ortaya? Allah xatirinə deyin, ad çəkin, isim verin. Çıxıbsa, hardadır o futbolçular? Hansı Avropa klubunda oynayır, biz görmürük?

Siz heç vaxt istefa verməyəcəksiz, Elxan Məmmədov. Azərbaycanda vəzifə tutanlarda istefa mədəniyyəti heç vaxt olmayıb, olmur, yəqin olmayacaq da. AFFA rəhbərliyinin sizi istefaya göndərməsi də heç vaxt olmayacaq. Çünki o dediyiniz rəhbərlik elə siz özünüzsüz. Qərar verən də, icra edən də siz özünüzsüz. İcraiyyə Komitəsi adlı “kukla teatrı” yaratmısız və Azərbaycan futbolunu istədiyiniz kimi idarə edirsiz. Sizə heç kim heç nə edə bilməz. Dağıdın, Məmmədov, neftin pullarını istədiyiniz kimi dağıdın… Axı siz futbola çooox lazımlı adamsız.

Rəşad Ergün, komanda.az


 
tarix: 23-11-2019 16:02


 
Xəbər lenti
12.12.2019

20:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

20:41   Çempionlar Liqasında yeni rekord

19:19   “Bavariya” ÇL-də ilkə imza atdı

18:33   İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16   ÇL-də son turun rəmzi komandası - FOTO

17:53   Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37   “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15   “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03   Millimizin sabiq futbolçusu həbs edildi

16:19   Buffon ÇL-də 2-ci oldu

16:05   Messidən “el klasiko” açıqlaması

15:41   ÇL-in favoritləri açıqlandı

15:17   İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02   ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43   Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38   “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21   “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44   “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25   “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48   Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24   “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00   “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21   AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00   “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az