(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır”

“Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır”

(əvvəli bu linkdə)
 
- Mikayıl müəllim sizi yola versəydi, yəqin ki, bu məsələləri açmazdız...
- Əlbəttə. Mənə nə lazım idi? Düzgünlük! Bu prinsiplə razılaşsaydı, qanunsuz işlər görməsəydi, ondan şikayət etməzdim. Lakin prinsipə getdi, sonu da bəllidi. Xüsusilə uşaq komandalarına qarşı çox amansız idilər. Komandalarımız ezamiyyələrə yollanır, oyunlara çıxırdı. Onlar üçün su, banan, “Snikers” qoyulurdu – hamısı vacib idi, uşaqlar qidalanmalıydı. Hər səfərdə təqribən 30-40 manat edirdi. Nərimanoğlu Samirə vəzifə verib, məni kənarlaşdırdığı gün iclas keçirib, bu xərcləri dayandırmışdı. Guya ki, büdcə çatmırdı. Ən vacib, diqqət yetirməli olduğumuz sahə uşaq futboludu, o isə öz qazancına görə məhz uşaqların boğazından kəsirdi. Uşaqların səfər vaxtı yolda qidalanmasında da dəyişiklik etmiş, ən pis şəraiti yaratmışdı. Bununla barışa bilməzdim, qarşısını aldım və münaqişəmiz böyüdü. Özüm üçün pul istəmirdim, büdcənin daha xeyirli şeylərə xərclənməsinə çalışırdım. Qənaət etdikləri məbləği onsuz da sənədləşdirirdilər, sadəcə, kəsilən pul cibə gedirdi. Qoçaqlığına, işgüzarlığına söz ola bilməz, amma maliyyə məsələsinə gələndə başqa adam olurdu. Onu da deyim ki, pul məsələsindəki axsamanı gəlib Gəncədə öyrənmişdi. Bəlkə də məndən əvvəlki rəhbərlərdən. Mən gənc nəsiləm, 34 yaşım var, amma gəncəli veteranlar da düz işləmirdi. Onların verdiyi müsahibələrə, ondan sonra iş alıb susmalarına diqqət edin. Bu, təsadüf deyil. Onların hərəkətlərindən utanıram. AFFA-nı tənqid edirlər, sonra hansısa vəzifə alıb susurlar. İndi Allahverdiyev qardaşlarının iş istədiyini yazırlar. Guya işləyəndə nə edirdilər? Hamı deyir ki, “can qoymuşam”. Bəli, amma əvəzində yaxşı pul almısız, heç kim havayı işləməyib.
 
- Sizə də bu müsahibədən sonra iş təklif edə bilərlər. Susacaqsız?
- Gizlətmirəm – iş istəmişəm, istəyirəm. Amma susmaq üçün yox, layiqli işlər görmək üçün. İş hamıya lazımdı. Bu dövlətin oğluyam, ona da xidmət etməliyəm. Doğruluqla, düzgünlüklə. Olanı demişəm, mənimlə prinsip aparıblar. Ailə sahibiyəm, 3 övladım var, ali təhsilliyəm, idman ustasıyam. Təbii ki, işə ehtiyacım var. Sağlam düşüncəliyəm, enerjiliyəm, dövlətimə qulluq etmək istəyirəm, lakin onlar istəyən kimi yox, doğrusu necədisə elə. İşlədiyim müddətdə baş katib bir dəfə kim olmağımla maraqlanmayıb, görüş istəmişəm, qəbul etməyib. Həmin hadisələrin sonunda mən də işimlə vidalaşdım və adını qoydular ki, bu məsələlərdən çoxdan xəbərdar olsam da, bildirməmişəm. Amma kimsə düşünmədi ki, mənə AFFA-da qulaq asan olmayıb. Nərimanoğlu elə şərait yaratmışdı ki, “Kəpəz”dən yalnız onu tanıyırdılar.
 
- Sizcə, “Kəpəz”in büdcəsindən yoxa çıxan həmin məbləğə görə Mikayıl bəy məsuliyyətə cəlb edilməli idimi?
- Problemi öz aralarında həll etdilər. Çatışmayan məbləği hər hansı şəkildə düzəldib yerinə qoydular.
 
 
- Elxan müəllimin də günahı var idi?
- Bəli. Ən böyük günahı Gəncəyə təhkim etdiyi insanın hər sözünə inanması, onu heç yoxlamamasıdı.
 
- Bəlkə də AFFA-nın maliyyələşdirdiyi digər klublarda da Gəncədə aşkarlanan qanunsuzluqlar mövcuddu.
- Əmin olun ki, elədi. Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır. Nərimanoğlu ona irad bildirəndə hər dəfə bildirirdi ki, biz belə işləyirik, hamısında belədi. İsrarla Elxan müəllimin hər şeydən xəbərdar olduğunu, belə işləməyi məsləhət gördüyünü vurğulayırdı. Mən işimi sevdiyimdən məsələlərin üstünü açdım və kənarda saxlandım, o biri klublarda, AFFA-nın özündə isə bu insanlara, yanlış sistemə qarşı çıxan yoxdu, davam edirlər. Elxan müəllimin kim xoşuna gəlirsə, onlar da işləyir.
 
(davamı olacaq)

 
tarix: 01-12-2019 10:37


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az