(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rəşad Sadiqov: "Rəqabətsizliyə görə əvvəlkindən rahat oynayıram"

Rəşad Sadiqov: "Rəqabətsizliyə görə əvvəlkindən rahat oynayıram"

"Keşlə"nin futbolçusu Rəşad Sadiqov Premyer Liqanın 13-cü turunda evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra müsahibə verib. O, vacib qələbədən və öz durumundan danışıb.
 
- Uzun müddət sonra oyuna çıxdınız və qalib gəldiniz. Matç necə keçdi? Sezarsız həmişə "Keşlə" üçün çətin olur. Yəqin ki, bu gün də belə oldu2
- Düzünü deyim, çempionatda "Neftçi" və  "Qarabağ" heyəti ilə seçilir. Digər komandaların hamısı başabaş oynayır. Sadəcə, kim matça düzgün hazırlaşır, o da qələbə qazanır. Sezar Meza Kollisiz çətinlik çəkmişik, elə oyunlar olub ki, onunolması da heç nəyidəyişməyib. Görüşdən əvvəl Tərlan Əhmədov  demişdi ki, istəsəniz yaxşı oynayın, istəniz pis, amma bu qarşılaşmada qələbə qazanın. 3 xal həqiqətən də çox vacib idi. Elə matçlar olur ki, yaxşı çıxış etmirsən, amma qalib gəlirsən. Elə qarşılaşmalar da olur ki, yaxşı oynayırsan, amma uda bilmirsən.
 
- Futbolçu oynamadıqca get-gedə heç oynamaq istəmir. Meydana çıxmaq istəyirdiniz?
- İstəyirdim, həvəs var idi. Mənim üçün fərqi yoxdur. Özünüz də gördünüz ki, heç bir isinmə hərəkəti etmək üçün vaxt olmadı, gözlənilmədən meydana daxil oldum. Amma istər-istəməz ağırdır. Neçə vaxtdır ki, oynamıram. Hərdən lazım olanda, futbolçu çatışmayanda meydana çıxıram.
 
- İsinmə hərəkətləri etmədən meydana çıxdınız, amma oynadınız. Bu, çempionatın səviyyəsinin çox aşağı düşməsindən irəli gəlirmi?
- Açığı, əvvəlki rəqabət yoxdur. Əvvəl elə hücumçular var idi ki, gözündən yayınırdı, çata bilmirdin. İndi isə oynamaq bir az rahatdır. Çox uzağa getməyək, "Qarabağ"da Dino Ndlovu olanda çətinlik çəkirdik. Kanales, Mendi də onun kimi. Hər komandanın belə bir hücumçuları olurdu. İndi elə oyunçular yoxdur. Həm də çempionatda 8 komanda var. İstər-istəməz Premyer Liqanın səviyyəsinin düşməsinə səbəb olur. Bir komanda ilə 4 dəfə oynayırsan. Kubokda rəqib olsa, 6 dəfə qarşılaşırsan. Adam bir yeməyi 2 dəfə yeyən kimi iyrənir. 6 dəfə yeyəndə həmin şey olur.
 
- Turnir cədvəlində ikinci pillədəsiniz. Ümumi fikir belədir ki, "Keşlə" bu heyətlə davam etsə, çox çətin olacaq. Deyilənə görə,  qışda  transfer ediləcək.
- Heyətimiz güclü olsa belə, oynamaq hamıya çətindir. Hər komanda sona kimi mübarizə aparır. Rəqabət ağır olacaq.  Yəqin ki, komamdamız güclənər, heyətimiz daha da yaxşılaşar. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. 2-ci və ya 3-cü yer tutmağımızın fərqi yoxdur. Məqsəd qoyulmayıb ki, sadəcə 2-ci yerə çıxaq. Məşqçi, rəhbərlik, futbolçular da  istəyir ki, Avroliqaya vəsiqə əldə edək. Bunun üçün də çalışacağıq.
 
- Qışda yeni oyunçular gəlsə, heyət güclənsə, karyeranızı birdəfəlik bitirmək ehtimalı yaranacaq?
- Fərqi yoxdur. Kim gəlir, gəlsin. Özünüz də gördünüz ki, bu gün müdafiəçilərdən birinin 4 sarı vərəqəsi vardı. ikisi oynayırdı, biri də zədələndi. Belə görüşlər çox olacaq. Çempionat elədir ki, zədəli, cəzalı futbolçular olur.
 
- Yəni, hələ komandaya lazımsınız...
- Lazım oldum ki, oynadım də.  Belə olmasaydı, meydançaya çıxmayacaqdım. Çünki zədələr, cəzalar qaçılmazdır. Komandada ən azı 22 - hər mövqedə 2 futbolçu olmalıdır.
 
- "Qarabağ"da uzun illər çıxış etmisiniz. Hamı deyir ki, komanda bu mövsüm Avroliqada ən münasib qrupda düşüb.  Sizcə, niyə növbəti mərhələyə yüksələ bilmədilər?
- Gəlin belə danışaq, "Neftçi" qrup mərhələsinə düşməyənə qədər hamı arzulayırdı ki, Avropa Liqasının qrupunda oynayaq, pley-offa yüksələk. Bu fikirlərlə yavaş-yavaş böyüyürdük. Deyirlər, iştah dişin altındadır. Ondan sonra hamı istəyir ki, qrup mərhələsinə düşsün. Onsuz da bilirik ki, qrupda rəqiblər güclü olur. Nə olacaqsa, olacaq. Deyərdim ki, bu, Azərbaycan futbolu üçün pik nöqtədir. Çünki Avroliqanın qrupunu bəlkə, 50 illərlə hamı arzulayıb. Qrup mərhələsinə düşəndən somra hamı "Qarabağ"dan çox şey istəməyə başladı. Mənə elə gəlir ki, bu, düzgün yanaşma deyil. Qrup mərhələsində oynamaq özü də bir nailiyyətdir. Mütləq növbəti mərhələyə çıxmalısan deyə tələb etmək düzgün deyil.

 
tarix: 01-12-2019 11:24


 
Xəbər lenti
09.12.2019

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az