(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Pivəsiz: Avro-2020 imtahanı

Pivəsiz: Avro-2020 imtahanı

Avro-2020 bizim üçün həm erkən bitib, həm də davam edir. Bu böyük yarışda komandamız olmayacaq, amma...
 
Seçmə mərhələni AFFA rəhbərliyinin uzun illərdi davam edən yarıtmaz, məqsədyönlü olmayan fəaliyyəti nəticəsində 1 xalla başa vurduq. Milli komandamız qitə yarışının meydan sahibi olacaq ölkələr içində şansı qalmayan yeganə təmsilçidi. Əvəzində bu eyibin üstünü qismən örtmək üçün təşkilatçılıqda sözümüzü deyə bilərik. Bir şərtlə ki, bir qrupun və ¼ final matçına evsahibliyi edəcəyimiz yarışda söz sahibi AFFA olmasın. Dövlətin hər şeyi yüksək səviyyədə təşkil etmək üçün kifayət qədər gücü var.
 
AFFA Avropa Liqasının son final matçının təşkilatçılığındakı qüsurları ilə bacarıqsızlığını göstərdi. Xüsusilə təbliğat baxımından aşkar şəkildə uduzduq və bu matçın ölkəmizə təyin olunmasının faydasını görmədik. İnformasiya müharibəsində yenildik, xariclə əlaqələr də effektivlik olmadı, ölkəyə turist cəlb edilməsində gözləntilər doğrulmadı.
 
Bu uğursuzluqların birbaşa səbəbkarı olan AFFA-nın baş katibi Elxan Məmmədov pivə təbliğatıyla məşğul oldu. Guya ki, finala çıxan 2 ingilis klubunun fanatlarına satılacaq pivəylə bütün xərclər qarşılanacaqdı. Amma Məmmədovun pivə boçkaları anbarda qıcqırdı, çünki Böyük Britaniya fanatları Bakıya gəlməyi cəlbedici saymadı,təbliğat istənilən səviyyədə aparılmamışdı. Qonaqlar hətta onlara ayrılan biletlərin də yarısından imtina etdi, Bakı Olimpiya Stadionu dolmadı.
 
İndi Məmmədov yenə uğursuz pivə təbliğatına başlayıb. Buxarestdəki püşkatma mərasimindən sonra o, təfəkkürünün pivə alverindən o yana getmədiyini göstərib: “Uels millisinin azarkeşlərinə sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur. Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”.
 
Baş katibin sayıqlaması öz yerində, biz daha ciddi işlər görməliyik. 6 ay öncədən təbliğat kampaniyasına start verilməli, A qrupunun oyunları bayram ab-havasında keçməlidi.
 
Türkiyəylə bağlı hər şey aydındı. Qrupumuzdakı oyunların əla təşkili, stadionun dolması üçün bundan yaxşı variant fikirləşmək olmazdı. “Ay-ulduzlular”ın gəlişi ilə anşlaq olmayacağı qorxusundan xilas olduq. Qardaş ölkə fanatları Bakıda öz evindəymiş kimi dolaşacaq. Təbii ki, ölkəyə turist axını baxımından problem qalmayacaq. İndi qonaqları qəbul etmək, yerləşdirmək, rahatlıqlarını təmin etmək baxımından müvafiq strukturlar işini görməlidi. Say çoxluğu həm də təhlükəsizlikməsələlərində diqqətli olmağı gərəkdirəcək.
 
Digər qonşumuz Rusiya Bakıya gəlsəydi, müəyyən problemlər yaşaya bilərdik. Bu ölkədə erməni lobbisi güclüdü və istənilən halda, müəyyən qarayaxma kampaniyaları, antitəbliğat cəhdləri hiss edilə bilərdi. Bu baxımdan Türkiyə idealdı və bir problemdən yaxa qurtardığımızı deyə bilərik.
 
Uels Bakıda qazandığı qələbə sayəsində final mərhələsinə gedən yolu hamarlaşdırdı. Bu üzdən brutaniyalılar üçün ölkəmiz sevimli olmalıdı. Adi seçmə mərhələ matçına 1200 uelsli fanatın gəldiyini nəzərə alsaq, qrup matçlarında daha çoxunu gözləməliyik. Onların ölkəmizdə yaxşı qarşılanması, istədikləri kimi istirahət etməsi və məmnun ayrılması iyunda da bura qayıtmalarını şərtləndirəcək. Təbliğat işlərini gücləndirmək və bayrama nail olmaq lazımdı.
 
Britaniyalılarla heç vaxt problem yaşamamışıq. Bu üzdən ənənələrə, təcrübəyə söykənmək, daha yaxşısına nail olmaq lazımdı. Yalnız iqtisadi mənfəətləri düşünməməliyik, bu gün bizə ölkənin təbliğatı, dünyaya açılması, cəlbedici olması daha önəmlidi.
 
İsveçrə 3 komanda içində ən yad olan kimi görsənir. Amma 3 rəsmi dili olan neytral ölkə ilə də bağlı pis xatirəmiz yoxdu. Bəlkə də ən çox əziyyət çəkən məhz bu ölkənin fanatları olacaq. Təqvim elədi ki, Türkiyə və Uelsdən fərqli olaraq, İsveçrə ardıcıl 2 oyunu Bakıda keçirməyəcək, 2-ci turda İtaliyaya yollanıb, sonra Bakıya qayıdacaq. Bu səbəbdən bu qonaqlarımıza qarşı daha diqqətli olmalı, xüsusilə onların səfər marşrutlarına diqqətlə yanaşmalı, gediş-gəlişlərinə yardımçı olmalıyıq.
 
Avropa çempionatı sıradan yarış deyil. Böyük məsuliyyət var və imtahandan alnıaçıq çıxmaq üçün tədbirlər planı hazırlanmalıdı. Hər gün qiymətlidi, tezliklə işə başlamaq lazımdı. Bu yarış futbolumuzun yox, təşkilatçılığımızın, təhlükəsizliyimizin, mədəniyyətimizin, qonaqpərvərliyimizin müasirliyimizin sınağı olacaq.
 
İndidən İtaliya ilə də ciddi işbirliyi qurulmalıdı. Axı, 3 komanda iki ölkə arasında get-gəl edəcək. Və təkcə komandalar yox, onların fanatları da nəzərə alınmalıdı. Heç kim öz ölkəsinə gedib, sonra Roma və ya Bakını seçməyəcək. Oyunlar arasında müddət qısa olduğundan çarter reyslərinin sayı artırılmalı, qonaqların yola salınması və qəbul edilməsi üçün ciddi iş rejiminə keçidin hazırlığı başlamalıdı.
 
AĞA

 
tarix: 02-12-2019 09:00


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az