(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bunların öz “kruq”ları var, kənardan kimsənin futbolda olmasını istəmirlər”

“Bunların öz “kruq”ları var, kənardan kimsənin futbolda olmasını istəmirlər”

(əvvəli bu linkdə)
 
- Siz sistemin içinə düşmüş arzuolunmaz qüvvə idiniz.
- Əlbəttə. Təsəvvür edin, bir dəfə “Sumqayıt”la səfər oyunumuz var idi, mənim maşınımı stadionun ərazisindən çıxardılar. Yerli klubun rəhbərliyinə yaxınlaşıb, səbəbini soruşdum. Cavab məni şoka saldı: “Biz klub rəhbəri kimi yalnız Mikayıl müəllimi tanıyırıq”. Bunların öz “kruq”ları var, kənardan kimsənin futbolda olmasını istəmirlər. Qurban Qurbanov bunların dəstəsinə daxil olmadığı üçün millidən qovuldu, yerinə hansısa sıradan əcnəbini gətirdilər. Bu gün də eyiblərini ört-basdır etmək üçün qazanılan 1 xala gön geyindirmək, günahkar tapmaq istəyirlər.
 
- “Kəpəz”in indiki durumu necədi?
- İstəsələr, lazım olsa, Premyer Liqaya qaldıracaqlar. Komandada yenə bildiklərini edirlər. Gəncəli uşaqların çoxu işsizdi, məcburiyyətdən taksi sürür, bunlar isə səviyyəsi yüksək olmayan uşaqlar gətiriblər, maaşı onlara verirlər. Paytaxtdan gətirilənlər yüksək, yerlilər onun 50 faizini alır, ayrıseçkilik edirlər. Halbuki oyunçular səviyyə baxımından fərqlənmir. İndi deyirlər ki, futbolçu yoxdu. Olmayacaq da, hansı şəraiti yaradırsız ki, yeni nəsil yetişsin?
 
- O hadisələr vaxtı problemdən xəbəri olub, susan insanlar var idimi?
- Məndən əvvəlki rəhbərlik, yəni, Mehman Allahverdiyev.
 
- Allahverdiyev Nərimanoğlunun sözünə baxırdısa, onu niyə çıxardılar?
- Baxmırdı da. Mən ailəmi dolandıracaq qədər məvacib alırdım, Mehman müəllim isə ağsaqqal adamdı, böyrü-başı, ətrafı var, o, daha çox qazanmaq istəyirdi. Heç bir iş görülmürdü, pul “xərclənirdi”, amma nəyə xərcləndiyi görünmürdü. Stadion ərazisində, koridorlarda cəmi bir lampa yanırdı, heç bir təmizlik işi aparılmamışdı. Mən ilk vaxtlar 48 yük maşını zibil daşıtdırdım. Əvvəllər onlar da edib, amma sponsorun hesabına. Eləyib, özlərinə də gözəl şərait qurublar. Mənim dövrümdə isə ancaq işçi heyəti düşündük, məşqçilərin, digər əməkdaşların maaşını qaldırdıq, cibimizə qoymadıq. Onu da elətdirmək üçün hər dəfə Nərimanoğluyla davaya çıxırdım.
 
- Şahin Dinievin də məsələlərdə adı hallanırdı.
- O baş məşqçi, əmrə tabe adam idi. Nə deyirdilərsə, onu etməyə məcbur qalırdı. İşiylə, bacarığıyla seçilirdi.
 
- Həmin vaxt “Kəpəz”in büdcəsi nə qədər idi?
- Açıqlamayaq. Amma səsləndirilən qədər deyildi, daha çox idi.
 
- Bütün problemləri Nərimanoğluya deməkdənsə, həlledici məqamda gəlib Məmmədova şikayıt etməkdənsə, Gəncədə həll etmək olmazdı? Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev var idi. Əslində, hər şeyi müşahidə etməli olan qurumun rəhbəri...
- Şikayət etdiyim vaxtlar olub. Lakin Mikayıl müəllim onu da inandıra bilirdi. Həm də maliyyə AFFA-nın əlində idi, Nərimanoğlu söz haqqını özündə saxlayırdı. Baş katibə şikayət etməyim də başqa seçimin olmamasına görə idi. Mən hər şeyi üzə çıxartdırandan sonra Vəliyev də təəccübləndi.
 
- Mikayıl müəllim qovulandan sonra “Kəpəz”də nə qədər işlədiz?
- 6 ay. Elmir müəllimin də istəyi oldu ki, icraçı direktorluqdan çıxım, stadion direktoru kimi fəaliyyət göstərim. 2018-in aprelində futboldan birdəfəlik uzaqlaşdım. “Kəpəz”in sonrakı rəhbərliyi ilə işimiz alınmadı. Doğrusu, klub inzibatçısı ilə kiçik münaqişə oldu, o işdən çıxarıldı, rəhbərlik mənə də “artıq danışırsan” deyib, vidalaşdı.
 
- Gəncə stadionunun qazonu yeniləndi. O məsələdə də maliyyə maxinasiyaları var idi?
- Doğrusunu bilmirəm, lakin şübhəli məqamlar var idi. Araşdıran olsa, çox məsələ üzə çıxar. Həmin vaxtın qiymətlərini sənədlərdə əks olunanlarla müqayisə etsələr, nələrsə taparlar.
 
- “Kəpəz”in indiki rəhbərli nə iş görür?
- Bakıdan gələn əmrləri yerinə yetirir.
 
- Gəncədə yaxşı məşqçi yoxdumu kluba Yaşar Vahabzadəni təyin ediblər?
- Azər Məmmədov, Vasif Vəliyev Bakıda işləyir. Əvvəlki məşqçi də normal fəaliyyət göstərirdi, lakin bunlara öz adamları lazımdı. “Kəpəz”də bu dəqiqə elə adamlar var ki, işdən anlayışı yoxdu, öz adamlarıdı deyə maaş alır.
 
- Bu gün Gəncədə uşaq futbolunda vəziyyət necədi?
- Bərbad. Yadıma düşmüşkən deyim: Allahverdiyev klubda işləyən vaxt stadion ərazisinə atılan plastik su qabları yığılır, yuyulur, içinə adi su doldurulurdu. Sonra isə həmin su qida kimi səfərə gedən uşaqlara paylanırdı. Mən isə onsuz da xərc kimi ayrılan, amma ciblərə gedən pulu təmiz su alınmasına yönəltdim. Büdcə var idi, dağıdılırdı, əziyyətini sağlamlıqları riskə atılan uşaqlar çəkirdi. Mən kluba gələndən sonra xeyli işçinin maaşını artırdıq, büdcə də böyümədi. O zaman maraqlıdı: bəs, əvvəllər həmin pul hara, kimin cibinə gedirdi? Ən böyük günahkar bu insanlara güvənən, onların fəaliyyətini yoxlayanlardı. Onlar problemin şişməsini, partlamasını gözlədilər, sonra da gəlib üstünü örtdülər. Məni ən çox narahat edən veteranların susmasıdı. Şikayətlənirdilər, işlə təmin olunan kimi susdular. Halbuki onların qabartdıqları problemlər olduğu kimi qalıb. Dəyişən yalnız onların maaş almasıdı.
 
- Və regionlarda futbolun durumu acınacaqlıdı...
- Bölgələrdə futbolun məhv olmasının birbaşa günahkarı AFFA-dı. Heç bir iş görmürlər, gördükləri də reklam xarakterlidi. Tovuzda guya akademiya açırlar. Cəmi bir meydançayla akademiya olar? Niyə yalançı görüntü yaradırlar? Həm də Gəncə mərkəzdi, bəlkə bu şəhərdə eyni addımın atılması daha effektli olardı?
 
İbrahimovun müsahibəsini elə onun sualı ilə bitiririk. Görək, cavab verən tapılacaqmı?
 
FƏRİD

 
tarix: 02-12-2019 10:22


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az