(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Şeydayev AÇ-2020-dəki uğursuzluğun səbəbini açıqladı

Şeydayev AÇ-2020-dəki uğursuzluğun səbəbini açıqladı

Moskva “Dinamo”sunun və millimizin forvardı Ramil Şeydayev UEFA tərəfindən AÇ-2020-nin seçmə mərhələsinin yekunlarına görə Azərbaycan yığmasının ən yaxşı oyunçusu seçilib.

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) reytinqinə əsasən, Şeydayev yığmanın digər iki oyunçusunu - qapıçı Emil Balayev və müdafiəçi Bəhlul Mustafazadəni qabaqlayıb. Millinin özü isə AÇ-2020-nin seçməsində uğursuz çıxış edib və bir xalla E qrupunda sonuncu yeri tutub.

Futbolinfo.az xəbər verir ki, "Sputnik Azərbaycan"a müsahibəsində Ramil Şeydayev AÇ-2020 ilə bağlı gözləntilərini bölüşüb və Azərbaycan yığmasının seçmə mərhələsindəki oyununu şərh edib.

- Siz qarşıdakı AÇ-2020-dən nə gözləyirsiniz?
- Etiraf edim ki, mən Azərbaycan yığmasının futbolçusu kimi AÇ-2020-dən artıq xüsusi olaraq nə isə gözləmirəm. Çünki bizim komanda bu turnirdə çıxışını başa vurub. İstərdim ki, bütün matçlar Bakıda rahat keçsin. Bundan əlavə istəyərdim ki, Bakı matçlarını daha çox azarkeş izləsin, görüşlərin özü isə maraqlı mübarizə şəraitində keçsin. Ümumilikdə isə ümid edirəm ki, AÇ-2020 maraqlı olacaq. Çünki bu unikal reqlament əsasında keçirilən xüsusi turnirdir.

- Yeri gəlmişkən, 12 ölkənin təşkilatçı qismində çıxış etdiyi reqlamenti necə qiymətləndirirsiniz?
- Mənim nəzərimcə, burada xüsusi heç nə yoxdur. Çünki AÇ-2020 matçlarının təşkilatçı ölkələri bir-birindən o qədər də uzaqda yerləşmir. Ona görə də milli yığmalar bir şəhərdən digərinə getməkdə heç bir çətinlik çəkməyəcək. Həmçinin matçlar heç də hər iki gündən bir keçirilməyəcək. Odur ki, futbolçular problemsiz bərpa oluna, digər ölkəyə uça və dincələ bilir. İstənilən halda AÇ-2020-nin final mərhələsində oynayan futbolçulardan turnirin bu sistemlə keçirilməsi barədə fikirlərini öyrənmək olar.

- Bakı AÇ-2020 matçlarını keçirməyin öhdəsindən gələcək?
- Bakı heç bir xüsusi problem olmadan AÇ-2020-nin matçlarını keçirəcək. Azərbaycanın paytaxtında hər il böyük idman yarışları keçirilir, eyni zamanda bu il Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalı keçirildi, həmçinin şəhərin küçələrində hər il "Formula-1" yarışları təşkil edilir. Odur ki, bu məsələdə heç bir problemin olmayacağından əminəm.İnanıram ki, indiyədək Bakıda olmayan yığma komandaların buradan xoşu gələcək. Bakı çox gözəl və rahat şəhərdir. Mən hələ indiyə qədər Azərbaycanın paytaxtı haqqında heç kəsdən neqativ bir söz eşitməmişəm. Çoxları Bakıda olmaq, istirahət etmək və vaxt keçirmək istəyir. Hamının AVRO-2020-nin təşkilatçılığından razı qalacağına inanıram.

- 2020-ci ilin iyununda (13, 17 və 21 iyun) Bakıda AVRO-2020-nin matçları keçiriləcək. Həmin vaxt (5-7 iyun) Bakı həm də "Formula-1" yarışlarını qəbul edəcək. Azərbaycan paytaxtında qısa vaxtda belə miqyaslı tədbirləri qəbul etmək sizcə çətin olmayacaq?
- Düşünürəm ki, Azərbaycan belə böyük tədbirləri bir ayın içində keçirməyi öhdəsinə götürübsə, deməli, bunu necə edəcəklərini və necə düzgün təşkil edəcəklərini bilirlər. Əlbəttə, təşkilatçılar bütün zəruri resursları səfərbər etməli olacaqlar. Eyni zamanda, ümid edirəm ki, hər şey yaxşı olacaq. Yenə deyirəm, Bakı ilk dəfə deyil belə irimiqyaslı yarışlara ev sahibliyi edir. Belə tədbirləri keçirmək təcrübəsi bütün planları yerinə yetirməyə imkan verəcək.

- Sizin fikrinizcə, niyə Azərbaycan yığması AÇ-2020-yə vəsiqə qazanmaq uğrunda mübarizə apara bilmədi?
- Hesab edirəm ki, bizdə hər şeydən əvvəl özünəinam yox idi. Yəqin bu, onunla bağlıdır ki, komandada xeyli gənc futbolçu oynayır. Onlar seçmə mərhələdə heç də özlərini pis göstərmədilər. Əlbəttə ki, bu sualı Azərbaycan yığmasının baş məşqçisinə ünvanlamaq daha yaxşı olardı. Seçmə mərhələdə uğursuz çıxışımıza baxmayaraq, biz tez-tez rəqiblərimizə zərbə endirirdik. Az da olsa, Azərbaycan yığmasının oyununda pozitiv məqamlar var idi. Ümid edirəm ki, gələcəkdə digər komandalarla mübarizə aparıb Avropa və ya Dünya çempionatlarının əsas mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağıq.

- AÇ-2020-nin oyunlarının keçirilməsi Azərbaycan futbolunun inkişafına təsir edə bilərmi?
- Sözsüz ki, AÇ-2020-nin keçirilməsi Azərbaycan futbolçularının yalnız xeyrinədir. Avropanın aparıcı komandalarının iştirakı ilə keçiriləcək matçları uşaqlar canlı olaraq görə biləcəklər. Uşaqlar nə qədər Avropanın futbol ulduzlarını öz gözləri ilə görsələr, onların taleyini yaşamağı daha çox istəyəcəklər. Ümid edirəm ki, AÇ-2020 bütün Azərbaycan futboluna əlavə stimul verəcək.

- Bakıda hansı komandaları görmək istəyirsiniz?
- Mənim üçün o qədər də fərqi yoxdur, çünki mən onsuz da AÇ-2020 çərçivəsində Bakıda oynamayacağam (gülür). Futbol həvəskarları üçünsə əlbəttə ki, əgər Avropanın İngiltərə, İspaniya, Fransa, Almaniya və digərləri kimi top komandaları oynasalar, daha yaxşı olar. Adlı-sanlı yığma komandların gəlişi Azərbaycana daha çox xarici turist cəlb edəcək ki, bu da ümumi fayda gətirəcək.


 
tarix: 02-12-2019 11:00


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az