(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Giqqz Bakıdan məmnundu

Giqqz Bakıdan məmnundu

"Yaxınlarda Bakıya səfər etmişdik. Bu, çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq" - bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.
 
Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında Avro-2020-nin seçmə mərhələsində A qrupuna düşdükləri üçün sevindiyini söyləyib. Giqqz seçmə mərhələdə Azərbaycan millisi ilə qarşılaşdıqlarını xatırladaraq, yenidən Bakıya səfər etməyin onlar üçün sevindirici hal olduğunu vurğulayıb: "Qrupda ilk iki oyunumuzu Bakıda keçirəcəyik. Bu səbəbdən orda qalıb bazaya və hava şəraitinə uyğunlaşmaq potensialına sahibik. Azərbaycanla oyun zamanı bazalarını yoxlamaq imkanımız oldu. Orda olduğumuz zaman hər şey möhtəşəm idi. Bakıdakı iki oyunda Azərbaycan bizi ikinci ölkə kimi qəbul edə bilər".
 
46 yaşlı çalışdırıcı qrupun son oyununda İtaliyanın ikinci heyətlə mübarizə aparacağına ümid edir: "Romaya səfər etmək və İtaliya ilə oynamaq çətindi. Ümid edirəm ki, həmin vaxta qədər 6 xal toplayarlar və bizə qarşı ehtiyat qüvvə ilə oynayarlar. Belədə bizim üçün bir az asan olar. Amma yalnız öz oyunlarımıza nəzər yetirməliyik".
 
Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

 
tarix: 02-12-2019 10:10


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az