(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Dövlət vəsaiti hesabına tikilən stadion: qoyunlar buraxılır, futbolçular yox

Dövlət vəsaiti hesabına tikilən stadion: qoyunlar buraxılır, futbolçular yox

Region Liqasında çıxış edən “İmişli”nin stadion problemi səbəbindən “Mil”lə qarşılaşmasının təxirə salındığından xəbərdarsız. Meydan sahibləri oyunun keçirilməsi üçün məkanı təmin edə bilmədiyindən oyun baş tutmamışdı.
 
“İmişli” tərəfi bunu Heydər Əliyev adına stadionun direktoru Mirheydər Səfiyevin onlara icazə verməməsiylə əsaslandırır. Belə ki, bu şəxs stadionun qapılarını kilidləmiş və komandanı oyuna buraxmamışdı. Vaxtilə “MKT Araz” və “Mil Muğan” klublarının rəhbərliyində təmsil olunan şəxs “Futbol+” qəzetinə müsahibəsində qəribə açıqlamalar verib:
 
- Yəqin ki, Region Liqasında çıxış edən “İmişli”yə stadion problemi səbəbindən sonuncu turda texniki məğlubiyyət verildiyindən xəbərdarsız.
- O komandaya heç bir aidiyyatım yoxdu və onların nəticələri mənim üçün maraqlı olmadığından heç maraqlanmıram da.
 
- “Mil”lə matçda ehtiyat meydan yararsız halda olduğundan komanda oyunu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək istəyib. Ancaq siz arenanın qapılarından qıfıl asaraq, komandaya bu imkanı yaratmamısız. Niyə?
- Mənim onlara stadion borcum var? Adını qeyd etdiyiniz arena özəl mülkiyyətdi. Yaxşı edib icazə verməmişəm. Stadion MKT şirkətinin mülkiyyətidi. “İmişli”nin stadionla nə əlaqəsi var? Mən hələ onlara yaxşılıq edib yardımçı meydanı vermişəm. Onlar komanda yaradıb Region Liqasında çıxış etmək istəyəndə mənimlə məsləhətləşiblər? Əvvəlcədən mənə demişdilər ki, oyunları mərkəzi arenada keçirəcəyik? Ötən mövsüm onlara çox güzəşt etdim. Bu gün yardımçı meydanı o komandaya vermişəmsə, hələ sevinməlidilər. Belə komanda yaratmağa nə var?! 10-15 oyunçunun adını yaz, AFFA-ya göndər və qoltuğunda qovluq gəz. Hər yerdə də ağızdolusu de ki, mənim komandam var.
 
- Sizin dediyiniz yardımçı meydanda bu gün otdan əsər-əlamət yoxdu. Üstəlik, orda qoyunlar otlayır. Bizə göndərilən şəkillərdən də bunu görmək mümkündü.
- Bağışlayın, bilməmişdim, gedib onlar üçün hələ meydandan qoyun da çıxarmalıyam. Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar. Xətt çəksinlər, bir qədər əl gəzdirsinlər, nə qədər istəyirlər oynasınlar. Bəlkə mən “İmişli” üçün gözətçi də olmalıyam? Belə yerdə deyiblər: məscidin qapısı açıqdı, itin abrına nə gəlib. Qardaş, mən bunlara daha nə etməliyəm?
 
- “İmişli” mərkəzi arenada keçirdiyi oyunlara görə sizə icarə haqqı ödəyir?
- Nə icarə haqqı? Onların pulu var ki, mənə də nəsə verələr? Mən humanistlik edib nəsə kömək etmişəm. İndi narazılıq edirlər.
 
- “İmişli” Region Liqasında çıxış etmək üçün liqanın İşçi Qrupuna zəmanət məktubu təqdim edib ki, orda göstərilən tələblərdən biri də stadionla bağlıdı. Komanda aidiyyatı quruma təqdim etdiyi məktubda sizin rəhbəri olduğunuz stadionu göstərib.
- Bunlar hamısı cəfəngiyyatdı. Onları stadionla təmin edəcəyimə söz versəydim, həmin məktubda heç olmasa imzam və ya möhürüm olardı. Bunların heç biri yoxdu. “Mil”lə qarşılaşdıqları gün AFFA-ya zəng vurublar. Ordan da Yusif Vəliyev mənimlə əlaqə saxladı. Bildirdi ki, komandalara şərait yaratmaq lazımdı ki, oyunlarını keçirsinlər. Ona “siz müxtəlif yaş qrupları üzrə çempionatları təşkil edirsiz, Region Liqasının sizə nə aiddiyatı var” sualını verdim. Cavabında “o liqaya da biz baxırıq” dedi. Ondan sonra arenanın qapılarını açdım. Ancaq hakim “artıq oyunun vaxtı keçib” deyib, matçın keçirilməyəcəyini bildirdi və onu da əlavə etdi ki, “protokol yazılıb”. Bunların mənə heç bir aidiyyatı yoxdu. Yenə deyirəm, stadion özəl mülkiyyətdi, heç kimə də güzəşt etmək fikirm yoxdu. Tutaq ki, bir gün Yusifin, sabah sizin xatirinizə o komandanı stadiona buraxdım. Bəs sonra? Bu nə vaxta kimi davam edəcək? Başlarına çarə qılsınlar.
 
AFFA-nın təşkil etdiyi Region Liqasının səviyyəsi, təşkilatçılığın durumu elə bu açıqlamalardan aydınlaşır. Bölgələrdə futbolun kütləviləşməsi pərdəsini yalandan asmağın mənası yoxdu. Bu, başaldatmadı.
 
Eyni zamanda Səfiyevin sözlərinə də diqqət yetirin. Bu insanlar dövlət başçısının açılışında iştirak etdiyi arenanın qapısına istədiyi vaxt qıfıl vurur, orada qoyunların otlamasını da adi hal sayırlar. Ulu öndərin adının verildiyi idman qurğusundan söhbət gedir. O qədər harınlama var ki, hətta stadiondan Heydər Əliyevin adını da götürüblər və dövlət vəsaiti hesabına ərsəyə gələn qurğunu şəxsi mülkiyyətə çeviriblər.
 
CAVAD

 
tarix: 02-12-2019 12:00


 
Xəbər lenti
08.12.2019

15:32   Zirə və Sumqayıtda 2-ci qol - YENİLƏNİR

14:40   “Real”ın 1700-cü qələbəsi

14:21   Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00   Messi Ronaldonu geridə qoydu

13:40   Beqoviç üçün 2 ölkə seçimi

13:04   Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58   Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31   Paşayevli “Aleksandriya”dan darmadağın

10:00   “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30   Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az