(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Təmkin oyundan razıdı: “Sadəcə, qol çatışmadı”

Təmkin oyundan razıdı: “Sadəcə, qol çatışmadı”

"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Premyer Liqanın 13-cü turunda  "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. O, oyundan, yeni baş məşqçidən, hədəflərdən danışıb.
 
- Bu oyuna yeni baş məşqçi ilə hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2-3 məşq birlikdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar da çox əziyyət çəkdi, 90 dəqiqə mübarizə apardıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz üç xal idi. Hesabda geri düşəndən sonra bərabərlik qolunu vuraraq heç olmasa, bir xal qazanmaq istəyirdik. “Qarabağ” sıradan rəqib deyil. Bu cür oyunla çempionatda yaxşı nəticələr qazana bilərik.
 
- Bəs, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Oyunun sonralarında penalti epizodu var idi. Əliyar Ağayevə yaxınlaşdım və soruşdum ki, “100 faiz gördün epizodu?” O da gördüyünü dedi. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Penalti var idisə, demək ki, haqqımızı yeyiblər. Əgər penalti olsaydı, ən azından bir xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.
 
- Yeni baş məşqçi komandaya hansı yenilikləri gətirib?
- Gəldiyi gündən meydanda kompakt oynayıb, xətlərarası boşluqlara yol verməməli olduğumuzu deyib. Oyundan sonra baş məşqçi səhvlərimizi göstərəcək. “Qarabağ”a qarşı pis müdafiə olunmadıq, pis vuruşmadıq. Sadəcə, qol çatışmadı.
 
- Bu mövsüm ilk dəfə idi ki, “Sabah”ın start heyətində 8 yerli futbolçu meydana çıxmışdı...
- Onsuz da komandamız yerlilərdən təşkil olunub. Düzdü, legionerlər də var. Amma kimin oynayıb, kimin oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, pis təsir bağışlamadıq.
 
- İki gün keçməmiş kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
- Çətin olacaq. Amma bu, bizim işimizdir. İndi evə gedəcəyik, 7-8 saat yatıb, sabah yenidən məşqə gələcəyik.
 
- Qol vurmaqda çətinlik çəkirsiz. Problem hücum xəttindəki legionerlərdədi?
- Hendrik Ekşteyn, Ulisse Diallo və Amadu Diallonun çempionatında üç qolu var. Məncə, məhsuldarlıqları o qədər pis deyil. Bu gün hücumda Amadu ilə oynayırdım. Çox vaxt müdafiədə oynadığıma görə, epizoda girməkdə çətinlik çəkirdim. Sonradan meydana Hendrik Ekşteyn və Rocer Roxas da girdi. Bilmirəm, vaxtımız çatmadı, yoxsa gücümüz, hər halda, baş məşqçi səhvlərimizi göstərəcək.

 
tarix: 03-12-2019 09:00


 
Xəbər lenti
05.12.2019

19:33   “Liverpul” rekordunu yenilədi

19:05   Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31   “Payız turniri”nin qalibi bəlli oldu

18:03   AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00   İspaniya superkubokunun təqvimi açıqlandı

17:37   Milli komandada baş məşqçi ayrılığı

17:15   Bir oyun, üç debüt

16:51   Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36   İran yığmasının baş məşqçisi istefa verdi

16:14   Şenol Günəş Bakıda - FOTO

15:53   1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34   “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16   “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54   “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32   “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11   Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54   Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36   “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00   Kataloniyanın ən yaxşı futbolçusu

12:32   “Keşlə” 100-ü yarıladı

12:15   Millimizin üzvü həbs oluna bilər

12:03   Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51   “Sabah” rekordunu təkrarladı

11:47   Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35   Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14   Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52   “Fənərbaxça”da Mozes şoku

10:30   Təbriz klubu səfərdən 1 xalla döndü

10:12   Bülənt Korkmaz: “Bakıda evdəymiş kimi oynayaçağıq”

10:00   Super Liqa klubunda yeni baş məşqçi

09:30   Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı

09:00   “Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

02:11   MY Mourinyonu üzdü, “Liverpul” derbidə darmadağına sevindi

02:00   PSJ-dən inamlı qələbə

04.12.2019

23:47  “Qalatasaray”dan gözlənilməz məğlubiyyət

21:52  Tahir Süleymanov: “Qəbələ” xilas edilməlidi”

20:38  AÇ-2020-nin biletləri satışa çıxarıldı

20:18  “Sumqayıt” “Zaqatala” səddini belə keçdi - VİDEO

19:53  Ayxan Abbasov: “Əsas məqsədimiz turu keçmək idi”

19:39  “Sabah” 5 cavabsız qolla 1/4 finalda - VİDEO

19:03  1/4 finalın cütləri bəlli oldu

18:53  “Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda

18:34  Millimiz Monteneqroya qalib gəldi

18:23  Elxan Məmmədov İcraiyyə Komitəsinə hesabat verdi

18:14  “Zirə”də yeni rekordçu

17:30  Jelko Sopiç: “Belə oyun görmək istəmirəm”

17:19  Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”

17:12  Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”

16:54  “Zirə” darmadağınla 1/4 finalda - VİDEO

16:35  “Yuventus”un futbolçusu əməliyyat olunacaq

16:17  İbrahimoviç: “Tezliklə İtaliyada görüşərik”

15:47  “Atletiko” alman futbolçu ilə anlaşdı

15:29  “Napoli” qovur, PSJ istəyir

15:01  “Mançester Yunayted”də ciddi itkilər

14:34  “Barselona”nın sabiq üzvü karyerasını başa vurdu

14:16  Hakimləri söyən məşqçilərə sərt cəzalar

14:03  Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

13:46  Mahmud Qurbanova 5 oyunluq cəza

13:33  Bordin cəzalı duruma düşdü

13:11  Amerika kubokunun püşkü atıldı

12:54  Asiyanın ən yaxşı futbolçusu bəlli oldu

12:33  Millimizin rəqiblərindən biri uduzdu, digəri uddu

12:10  “Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi” – UEFA-nın prezidenti

11:51  Yuri Vernidub “Sabah”la niyə anlaşmayıb?

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az