(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”, izləyiciləri və qalanları

“Qarabağ”, izləyiciləri və qalanları

Bir aydan çoxdu qələbə üzü görməyən “Qarabağ” tilsimi qırdı. Dünən 13-turun bağlanış matçında üstün olan ağdamlılar yenə zirvədədi və ən yaxın izləyicisini 8 xal qabaqlayır.
 
Doğrusu, bəzən adama elə gəlir ki, ağdamlılar qalib gəlməməklə də çempion ola bilər. Çünki rəqiblər o qədər qeyri-sabit oynayır ki, ciddi narahatçılıq üçün əsas olmur. Əsas rəqiblər 13 oyunun yarıdan çoxunda – 7-də xal itirib ki, bu da çempionluq arzusunda olan kimandalar üçün çox pis göstəricidi. Ötən tur “Keşlə uduzmuşdusa, bu dəfə “Neftçi” qələbəyə həsrət qaldı.
 
Ümumiyyətlə, turnir cədvəlində qütbləşmə dərinləşir. Ağdamlılar izləyicilərindən nə qədər üstün görünürsə, “Keşlə” ilə “Neftçi” də digərləri üçün əlşatmazdı. Sanki heç kim ilk “üçlüy”ə deşmək istəmir. Və 4-cü yerlə sonuncu pilləni bir-birindən 5 xal ayırır. Kubokda sürpriz qalib olmasa, avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizəni 5 komandanın hamısı sonadək aparacaq.
 
Bu tur “Sumqayıt” vəziyyəti dəyişə bilərdi. Lakin “Keşlə” ev oyununda “kimyaçılar”ın boyundan hündürə tullanmasına imkan vermədi. Bakılılar erkən qollarla üstünlük qazandı, qalan dəqiqələrdə isə hesabı qorumaqla məşğul oldu. Tərlan Əhmədovun yetirmələri “Zirə” şokundan sonra düşərli Bayılda özünə gəldi.
 
Elə bu qəsəbədəki digər oyunda isə “Neftçi” əla şansı qaşırdı. Ertəsi gün oynanılan matçda paytaxt təmsilçisi çox ciddi heyət sıxıntısı çəkən “Səbail”i yenə bilmədi. “Dənizçilər” bir çox aparıcı oyunçusunun xidmətindən məhrum olsa da, start heyətini çətinliklə formalaşdırsa da, hətta qələbə qazanmaq imkanı var idi. Ağabala Ramazanov özü qazandığı penalti zamanı topu tora tuşlamasaydı, indi Roberto Bordinin komandası 2-ci pilləyə şərik deyildi. İtaliyalı mütəxəssis əlindəki zəngin heyətdən faydalana bilmədi və matç qolsuz bitdi.
 
Ötən tur “Qarabağ”a mövsümdəki ilk məğlubiyyətini yaşadan, bu dəfə isə “Keşlə”yə təslim olan “Sumqayıt” kimi “Zirə” də qeyri-sabitdi. Tərlan Əhmədovun yetirmələrini asanlıqla məğlub etmiş “qartallar” bu tur Qəbələ darmadağın oldu. Zaur Həşimov keçmiş komandası ilə oyunda yetirmələrinin bəlkə də mövsümdəki ən zəif çıxışına şahidlik etdi. Əvəzində “qırmızı-qaralar” parlaq oyunla son pillədən xilas oldu. Bu yeri 9 turdu qələbə görməyən “Səbail”ə bağışlayan əyalət klubu qışa xoş əhval-ruhiyyəylə yollanmaq üçün Sumqayıtda eyni uğuru təkrarlamalıdı. Bu, həm də dağılması haqda şaiyələr bitməyən klubun rəhbərliyini də həvəsləndirə bilər.
 
“Sabah”ın yeni baş məşqçisinin debütü uğursuz olsa da, komandanın liderə qarşı oynadığını unutmamalıyıq. Jelko Sopiç yeni taktiki sxem tətbiq etməklə daha çox müdafiəyə diqqət yetirsə də, “Qarabağ”dan xal almağı bacarmadı. Bu məşqçiyə qiymət vermək üçün hələ vaxtımız olacaq. Lakin daha şən oynamağı bacaran “Sabah”ın kompakt futbola üstünlük verməsi xoşagəlməz yenilik idi. Nəticə olacaqsa, buna göz yummağa dəyər.
 
Kubok oyunlarından sonra komandalar qışa kimi son tura çıxacaq. Yalnız ilk pillənin sahibi dəyişməyəcək, digər mövqelər isə nəticələrdən asılı olacaq. 3-cü dövrəyə hansı əhvalda başlanacağı məhz bu həftəsonu müəyyənləşəcək.
 
CAVAD

 
tarix: 03-12-2019 10:01


 
Xəbər lenti
05.12.2019

19:33   “Liverpul” rekordunu yenilədi

19:05   Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31   “Payız turniri”nin qalibi bəlli oldu

18:03   AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00   İspaniya superkubokunun təqvimi açıqlandı

17:37   Milli komandada baş məşqçi ayrılığı

17:15   Bir oyun, üç debüt

16:51   Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36   İran yığmasının baş məşqçisi istefa verdi

16:14   Şenol Günəş Bakıda - FOTO

15:53   1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34   “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16   “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54   “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32   “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11   Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54   Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36   “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00   Kataloniyanın ən yaxşı futbolçusu

12:32   “Keşlə” 100-ü yarıladı

12:15   Millimizin üzvü həbs oluna bilər

12:03   Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51   “Sabah” rekordunu təkrarladı

11:47   Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35   Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14   Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52   “Fənərbaxça”da Mozes şoku

10:30   Təbriz klubu səfərdən 1 xalla döndü

10:12   Bülənt Korkmaz: “Bakıda evdəymiş kimi oynayaçağıq”

10:00   Super Liqa klubunda yeni baş məşqçi

09:30   Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı

09:00   “Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

02:11   MY Mourinyonu üzdü, “Liverpul” derbidə darmadağına sevindi

02:00   PSJ-dən inamlı qələbə

04.12.2019

23:47  “Qalatasaray”dan gözlənilməz məğlubiyyət

21:52  Tahir Süleymanov: “Qəbələ” xilas edilməlidi”

20:38  AÇ-2020-nin biletləri satışa çıxarıldı

20:18  “Sumqayıt” “Zaqatala” səddini belə keçdi - VİDEO

19:53  Ayxan Abbasov: “Əsas məqsədimiz turu keçmək idi”

19:39  “Sabah” 5 cavabsız qolla 1/4 finalda - VİDEO

19:03  1/4 finalın cütləri bəlli oldu

18:53  “Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda

18:34  Millimiz Monteneqroya qalib gəldi

18:23  Elxan Məmmədov İcraiyyə Komitəsinə hesabat verdi

18:14  “Zirə”də yeni rekordçu

17:30  Jelko Sopiç: “Belə oyun görmək istəmirəm”

17:19  Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”

17:12  Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”

16:54  “Zirə” darmadağınla 1/4 finalda - VİDEO

16:35  “Yuventus”un futbolçusu əməliyyat olunacaq

16:17  İbrahimoviç: “Tezliklə İtaliyada görüşərik”

15:47  “Atletiko” alman futbolçu ilə anlaşdı

15:29  “Napoli” qovur, PSJ istəyir

15:01  “Mançester Yunayted”də ciddi itkilər

14:34  “Barselona”nın sabiq üzvü karyerasını başa vurdu

14:16  Hakimləri söyən məşqçilərə sərt cəzalar

14:03  Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

13:46  Mahmud Qurbanova 5 oyunluq cəza

13:33  Bordin cəzalı duruma düşdü

13:11  Amerika kubokunun püşkü atıldı

12:54  Asiyanın ən yaxşı futbolçusu bəlli oldu

12:33  Millimizin rəqiblərindən biri uduzdu, digəri uddu

12:10  “Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi” – UEFA-nın prezidenti

11:51  Yuri Vernidub “Sabah”la niyə anlaşmayıb?

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az