(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Əmirovun “həvəskar əmirliyi”: “Zirə”yə qarşı qərəzli qərar ləğv edildi

Əmirovun “həvəskar əmirliyi”: “Zirə”yə qarşı qərəzli qərar ləğv edildi

AFFA-da bir qurum cəza verir, digəri ləğv edir. Bir səbəb təqdimatlardakı, raportlardakı yanlışlıqlar, şəxsi maraqlardısa, digər səbəb kimlərinsə əzələ nümayişidi. Zəif olanın haqqı yeyilir, güclü olan şərtlərini diqtə edir.
 
Dünən Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin bəzi qərarlarını qüvvədən saldı. Və elə bu məqamda bəlli oldu ki, nələrsə doğru deyil.
 
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Zirə” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildi. Əslində, “qartallar”ın hər iki şikayəti əsaslı idi, lakin tribunal klubun istəyini tam nəzərə almadı.
 
Belə ki, İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə Premyer Liqanın X turunun “Zirə” – “Sumqayıt” matçında meydan sahibləri AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimələnmişdi. Qurum bu cəzanı qüvvədə saxlayıb. Halbuki klubla dəqiqləşdirdik və bəlli oldu ki, oyunun AFFA nümayəndəsi Rüfət Əmirov və hakim-inspektor Asim Xudiyev belə istəkdə olmayıb. Onlar kluba bununla bağlı hər hansı müraciət etməyiblər.
 
 
Əslində, klub onlar üçün VIP-Lojada yer ayırıbmış. 8 nəfərlik xüsusi otaqda milli komandanın baş məşqçisi Nikola Yurçeviç yanındakı 4 nəfərlə əyləşib. Digər 3 yer isə Əmirovla Xudiyevə saxlanılıb. Onlar isə klubdan heç nə soruşmadan özü üçün tribunada yer tapıblar və haqsız olaraq klubun cəzalanması üçün raport yazıblar.
 
Əmirovun hiddəti kluba daha bir haqsız cərimənin yazılmasına səbəb olub. Özü haqsız olduğu halda “Zirə”ylə ədavət aparan AFFA nümayəndəsi raportunda meydan sahiblərinin ikinci hissəyə vaxtında çıxmadığını qeyd edib. Klubun etirazından sonra yanlışlıq aradan qalxıb. Bəlli olub ki, ikinci hissə vaxtında start götürüb, Əmirovun iddia etdiyi kimi 2 dəqiqə gec yox. Bunu klub videogörüntülərlə sübut edib.
 
“Zirə” hakimlərin fitli xəbərdarlığı olan kimi meydana qayıdıb. İllərdi bu sahədə olan, lakin elementar qaydaları bilməyən Rüfət bəy isə “Sumqayıt”ın vaxtından tez meydana çıxmasına aldanıb və fürsət düşmüşkən “Zirə”yə zərbə vurulmasına nail olmaq istəyib. Amma onun pisliyi özünə qalıb, klub Apellyasiya Arbitraj Tribunalına qaydanı pozmadıqlarını isbatlayıb və 2400 manatlıq cərimə ləğv edilib.
 
İndi maraqlı olan AFFA-nın qərəzli nümayəndəsi haqda hansı ölçünü götürəcəyidi. Əmirov faktiki niyyətini ortaya qoyub, işinə qeyri-peşəkar yanaşıb.
 
Rüfət bəyin özünü toxunulmaz hiss etməyinə səbəb var. Bu adam illərdi futbol təsərrüfatında hər oyundan çıxır. Əvvəllər Həvəskarlar Federasiyasının rəhbəri olmuş bu şəxs yayda yenidən öz postuna qayıdıb. Amma bununla bağlı mətbuatda hər hansı xəbər getməyib. Heç bir iclas, tədbir keçirmədən bir otağa yığışıblar və özünü rəhbər elan edib. Sabiq federasiya prezidenti Kamil Rəhimovu əvəzləyən Əmirov heç bir yığıncaq təşkil etmədən prosesi protokollaşdırıb və fəaliyyəti görünməyən, amma maaş almaq üçün mənbə olan vəzifəyə təyinat alıb. Belə toxunulmazlığın, özbaşınalığın nəticəsidi ki, o, oyunlarda da istədiyi hoqqanı çıxarır. Əmindi ki, kimsə onun fəaliyyətini araşdırmayacaq.
 
AĞA

 
tarix: 03-12-2019 12:31


 
Xəbər lenti
15.12.2019

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az