(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ” fəryadı: dövlətin dəstəyinə möhtac klub

“Qəbələ” fəryadı: dövlətin dəstəyinə möhtac klub

“Qəbələ”nin başı üzərini qara dumanlar alıb. Klubun 2019-un sonunda fəaliyyətini dayandıracağıyla bağlı ehtimallar hər keçən gün reallığa daha çox yaxınlaşır.
 
Premyer Liqadakı yeganə bölgə klubunun sıradan çıxmasına bu qədər biganəlik yolverilməzdi. “Qəbələ” sıradan klub deyil, ənənələrini yaratmış, yaşadan, ölkəmizi avrokuboklarda ən yaxşı təmsil etmiş ikinci klubumuzdu. Azərbaycan üçün fantastik sayıla biləcək infrastruktura sahib olması da “qırmızı-qaralr”ı özəl edir.
 
Cəmi 8 komandanın mübarizə apardığı Premyer Liqanın ən qiymətli “qaşlarından” birinin düşməsi həm də yarışın dəyərini azaldacaq. Söhbət növbəti klubun futbol məzarlığına yollanmasından getmir, “Qəbələ”nin məhvi həm də ölkədəki yeganə işlək, məhsuldar akademiyanın ləğvi, futbolumuzun sabahının gömülməsi demək olacaq. Son turda 9 yetirməsi meydanda olan klubdan danışırıq. Premyer Liqada 50-yə yaxın yetirməsi olan, bütün milli komandaların özəyini təşkil edən “Qəbələ”nin göz görə-görə əriməsinə bu qədər sakit tamaşa etmək olmaz.
 
Klubun maliyyə durumu kritik həddə çatıb. Uzun illər klubun sponsoru olmuş "Gilan Holdinq”in 2020-ci ilin yanvarın 1-dən kluba himayədarlığı dayandıracağı dəqiqləşib. Qınamaq olmur, 10 ildən çoxdu futbola təmənnasız yardım edən bu şirkətin öz imkanları da məhdudlaşıb/məhdudlaşdırılıb. İnfrastruktura sərmayə qoyan, özü üçün obyekt deyil, futbol təsərrüfatının çiçəklənməsi üçün stadion, baza tikən "Gilan Holdinq” artıq o durumda deyil. Və xarabazar miras qoymayıb, işlək vəziyyətdə olan klub, akademiya mövcuddu. İndi qalır hazır mexanizmin dayanmamasını təmin etmək.
 
AFFA hansısa maliyyə yardımı etməyə yox, kluba yiyələnməyə çalışır. Təbii ki, bu da klubun sahibləri üçün xoş deyil. Hər şeyi kiməsə bağışlayıb, getmək qəbulolunmazdı. İllərdi ortaya əmək qoyulub, əla nəticələr var, klub akademiyası ən məhsuldar dövründədi və konveyer kimi futbolçu istehsal edir. AFFA yardım etməkdə yox, hazırına “qonmaqda” maraqlıdı.
 
Əslində, vaxtilə “Bakı”yla bağlı da eyni plan var idi. AFFA kluba kömək etməkdənsə, hər şeyi heç bir xərc çəkmədən özəlləşdirmək istədi. Nəticədə həm dövrün ən yaxşı akademiyası, həm klub, həm də misilsiz infrastruktur məhv oldu. Halbuki ən azı akademiyaya yardım etməklə onun fəaliyyətini davam etdirmək lazım idi.
 
Eyni situasiya “Qəbələ”ylə bağlı da yaşanır. Varlığı heç bir önəm kəsb etməyən “Səbail”ə xərclənən pul daha faydalı bölgə klubuna yönəldilsə, bundan yalnız ölkə futbolu fayda götürər. Və ya milyonların havaya sovrulduğu digər paytaxt klublarındansa, “Qəbələ” markası daha diqqətəlayiqdi.
 
AFFA şəxsi maraqlarını düşünürsə, bu işə dövlət qol qoymalıdı. Onsuz da assosiasiyanın indiki rəhbərliyini futbolun inkişafı, populyarlığı, kütləviliyi maraqlandırmır. Milli komandalarda yerli akademiyanın yetirmələrindənsə, milliləşdirilən dağıstanlıları, türkləri görmək onlar üçün daha zövqlüdü. Eddi İsrafilova və başqa legionerlərə milyonlar paylamağa başı qarışanlar həmin pulları ölkə futbolunun ürəyinin döyündüyü kluba çox görürlər. Bu səbəbdən dövlət strukturlarının işə qarışması, problemə çarə tapması lazımdı. Ölkədə idman siyasətinə cavabdeh olan AGİN də olayları görməzdən gəlməməli, məsələ Mili Məclis səviyyəsində müzakirə olunmalıdı.
 
“Qəbələ” hələ yaşayır, lakin süni nəfər aparatındadı. Nə qədər ki, gec deyil, onu həyatda saxlamaq olar. Şəxsi maraqlarınızı unudun, bir az da o postları tutma səbəblərinizi yada salın və ölkə üçün faydalı olan işə dəstək verin. “Qəbələ”nin məhvi elə sizin də sonunuzun başlanğıcı ola bilər. Dəyərlərə qiymət verməyəndən sonra...
 
FƏRİD

 
tarix: 03-12-2019 14:45


 
Xəbər lenti
11.12.2019

10:30   Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00   “Liverpul” bunu 11 il sonra bacardı

09:30   Fransa yığmasında Deşamla yeni müqavilə

09:00   UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az